Tabloid.az
Dünyaya səs salacaq İspaniya kraliçası - FOTOLAR
Keyt Middelton nəinki Böyük Britaniya, hətta dünyanın da
diqqətindən yayınmayan şahzadə hesab olunur. Böyük Britaniya
şahzadəsi geyim üslubu və incə zövqü ilə hər zaman mətbuatın
diqqətindədir.
İspaniya şahzadəsi Felipe de Borbonun arvadı Letiziya isə ərinə rast gələnə qədər, televiziya aparıcısı olub. İspan kralı Xuan Karlos bu həftə taxt-tacdan imtina etdikdən sonra Letizia şahzadə postundan kraliça vəzifəsinə qalxıb. İndi isə mətbuat diqqətini Keytdən birbaşa Letiziyaya yönəldib.
Letiziya da Keyt kimi arıq, qamətli
və tünd saçlıdır. Hətta, bəzən geyim üslubunda da Böyük Britaniya
şahzadəsinə bənzəyir.
Letiziya Keytdən fərqli olaraq sadə ailədə doğulub. Atası
jurnalist, anası isə tibb bacısı olub. Bacısı Telma iqtisadçıdır,
digər bacısı Erika isə depressiyadan intihar edib. İspaniyanın TVE
kanalında aparıcı işləməzdən əvvəl, jurnalistika təhsili alıb.
Jurnalistik fəaliyyəti dövründə 2001-ci il 9 sentyabrda Nyu-Yorkda
partladılan binaların qarşısından canlı efirə qoşulub. Bir ildən
sonra isə İspaniya varisi Felipe ilə tanış olur. Başı bir çox sevgi
münasibətlərinə qarışsa da, son anda Felipe ilə nişanlandığını elan
edib. Felipe ilə 2004-cü ildə ailə quran Letiziya üçün bu evlilik
ikinci dəfə idi.
Letiziya daha çox geyimlərini Zara brendindən sifariş edir. Onun
Felipe ilə nikahından 2 övladı var. 2008-ci ildə estetik burun
əməliyyatı keçirdikdən sonra ictimaiyyət qarşısında yaxşı
qarşılanmayıb.
Keçən yay Letiziya əri və uşaqlarsız yay tətilinə gedib. Mətbuatda
şahzadənin öz öhdəliyindən və evlililik həyatından həddindən artıq
yorğun olduğu haqda məlumat verilir. Şahzadəyə həsr olunmuş
avtobioqrafik kitabda isə ilk evlilikdən hamilə qaldığını və Felipe
ilə tanışlıq dönəmində abort etdirdiyi haqda şayiələr yayılıb.
İmzaladığı 50 səhifəlik nikah müqaviləsinə əsasən, Felipe ilə
boşanacağı təqdirdə uşaqlarını itirə bilər. bununla belə, şahzadə
Letiziya dünyanın ən qlamur şahzadəsi hesab
edilir.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO