Tabloid.az
Göz quruluğunun səbəbləri və müalicəsi
Yay aylarında isti hava özü ilə birgə xeyli problem gətirir. Bu mövsümdə xəstəliyə yaxalanma riskimiz çoxalır. Allergik xəstəliklər, qrip, kondisionerin xəstəlikləri ilə yanaşı, isti hava həm də göz quruluğuna səbəb olur.
Göz quruluğu həm Günəşdə çox qaldıqda, həm də kondisionerli otaqda çox qaldıqda baş verir.
Göz quruluğunu evdə müalicə etmək mümkündür.
Bunun üçün aşağıdaki məsləhətlərə əməl etmək lazımdır:
Gözü təmizləmək, kompres qoymaq və masaj etmək lazımdır.
İsti kompres hazırlamaq göz qapağındakı iltihablanmaya əleyhinə
faydalıdır. Göz qapaqlarını təmizləyərkən körpə şampunlarından
istifadə etmək olar. Bu cür təmizlik üsulları göz quruluğuna
effektli təsir göstərir. Göz təmizliyi sayəsində isə bakteriyalar
azalır.
Reseptsiz göz damlaları
Reseptsiz satıln göz damlaları göz qışasını nəmlə təmin edir və göz səthini qoruyur. Bu növ damladan gündə dörd dəfə istifadə etmək olar. Ehtiyac duyulan sıxlıqda istifadə edilməsi daha çox məsləhət görülür.
Göz məlhəmləri
Sürüşkənləşdirici göz məlhəmləri, göz damlalarından və gellərindən daha faydalıdır. Ancaq gün boyu istifadə etdikdə görmə qabiliyyəti bulanıq ola bilər. Buna görə də həmin məlhəmlərdən yatarkən istifadə etmək lazımdır.
Fasilə vermək
Əgər gözlərinizin kitab, qəzet oxuyarkən, televizor seyr edərkən və kompyüter qarşısında olarkən quru olduğunu hiss edirsinizsə, tez-tez fasilə verin. Bu gözlərin istirahət etməsini və nəmlənməsini təmin edəcək.
Otağın bir qədər nəmli olması vacibdir
Həm qış sobaları, həm də yayda istifadə edilən havalandırma sistemləri, havadakı nəmin azalmasına səbəb olur. Həddindən artıq hava hərəkəti isə göz quruluğu yaradır. Tavan ventilyatorlarının və ya pərlərin sürətini azaldaraq həddindən artıq hava axınını qarşısını almaq olar. Bundan əlavə havada daha çox nəm olmasını təmin edən cihazlardan istifadə etmək də lazımdır.
Tabloid.az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR