Tabloid.az
Əcnəbi ulduzlar “Miss Globe İnternational” yarışmasının finalında - Video
Avqustun 23-də Bakıda -əsrarəngiz “Crystall Hall”da “Miss Globe İnternational” yarışmasının finalı baş tutacaq. Yarışmanın təşkilatçısı “Signs ART Adventure “ şirkətinin rəhbəri Nigar Məmmədova tədbirlə bağlı təfərrüatları Tabloid.az-a açıqlayıb. Onun sözlərinə görə, yarışmada Azərbaycanı təmsil edəcək gözəlimiz Banu Şücai hazırda qızğın məşq prosesindədir: “Təmsilçimiz öz peşəkarlığını artırmaq və final gecəsi qüsursuz səhnə performansı nümayiş etdirmək üçün məşqlərini Türkiyədə professional xoreoqrafla davam etdirəcək. Bu məqsədlə “Miss Globe Azərbaycan” komandası avqustun əvvəlində Türkiyəyə yola düşəcək. Təmsilçimiz Banu Şücai və dünya şöhrətli xoreoqrafların iştirakı ilə Türkiyə mediası üçün mətbuat konfransı da keçiriləcək” .
Nigar Məmmədova müsabiqənin təşkilati hissəsində baş verən dəyişiklikdən də danışıb. “Bakıda keçiriləcək 89-cu “Miss Globe İnternational” Beynəlxalq Gözəllik yarışmasının təşkilatçılarında biri “Merac” prodakşn bəzi texniki səbəblərə görə yarışmanın təşkilatçılığından uzaqlaşdırılıb. Bu yarışma irimiqyaslı və ciddi yarışmadır. Burada hər şeydən öncə Azərbaycanın adı təmsil olunur. Bunun üçün hər kəs öz məsuliyyətini dərk etməli və işinə ciddi yanaşmalıdır “.Final gecəsinin möhtəşəm olması üçün əsas təşkilatı işlərlə Türkiyədən gəlmiş “Miss Globe İnternational” komandası birbaşa məşğul olacaq.
89-cu “Miss Globe İnternational” Beynəlxalq Gözəllik müsabiqəsinin final mərhələsində iştirak etmək üçün türkiyəli məşhurlardan “Kurtlar vadisi” serialında Memati obrazı ilə tanıdığınız aktyor Gürkan Uygun, rəqqasə Asena, müğənnilər Gökhan Özen, Demet Akalın, Kaan Gülsoy, rumıniyalı qrup “Radio Killer” və müğənni İnna, rusiyalı müğənni Lolita və digər məşhurlar Bakıya gələcəklər.
Məlumat üçün bildirək ki, “Miss Globe İnternational” müsabiqəsi 88-ci dəfə 2012-ci ildə keçirilib və müsabiqənin qalibi Braziliyanı təmsil edən Jakelyne De Oliveira münsiflər heyətindən 184 bal alaraq “Gözəllik Kraliçası” seçilib.
89-cu “Miss Globe İnternational” 2014-cü il avqustun 23-də Azərbaycanda ilk dəfə olaraq keçiriləcək. Müsabiqə 72 ölkədə canlı olaraq yayımlanacaq.
Xatırladaq ki, 120 ölkənin iştirak edəcəyi “Miss Globe İnternational” Gözəllik Müsabiqəsinin təşkilatçısı “Signs ART Adventure” şirkəti, layihənin baş sponsoru isə “Xəzər Adaları (Khazar İslands) layihəsidir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu