“Kənanın qolu çıxmamışdı, sadəcə uduzmağını həzm etmir”
Bizi izləyin

Tabloid.az

“Kənanın qolu çıxmamışdı, sadəcə uduzmağını həzm etmir”

ATV telekanalında “Ulduzların döyüşü” reality-şousu ətrafında söz-söhbətlər səngimək bilmir. Xatırladaq ki, yarışmada döyüşən ulduzlar rejissor, aktyor Kənan M.M və müğənni Vüqar Muradov olmuşdu.

ATV telekanalında “Ulduzların döyüşü” reality-şousu ətrafında söz-söhbətlər səngimək bilmir. Xatırladaq ki, yarışmada döyüşən ulduzlar rejissor, aktyor Kənan M.M və müğənni Vüqar Muradov olmuşdu.

Döyüşdə bütün gücünü göstərən Kənan məğlub olmuşdu. Buna səbəb isə döyüş ərəfəsində rejissorun qolunun 2 dəfə çiynindən çıxması göstərilirdi.

Lakin müğənni Vüqar Muradov Tabloid.az-a açıqlamasında bunun həqiqətə uyğun olmadığını bildirmişdi.

O, saytımıza eksklüziv açıqlamasında bunları deyib:

“Gülməlidir, bu, bir bəhanədir. Kənanın qolu-filan çıxmamışdı, sadəcə, olaraq mən güclü olaraq qalib gəldim və Kənan bunu həzm edə bilmir. Yarış günü hər şey yaxşı idi, mən qalib olduqdan sonra Kənan mənimlə düşmənçiliyə başladı. Kənanın qolu çıxmamışdı. İnsanın qolu çıxanda ağrıdan tərpədə bilmir. Necə onun qolu çıxmışdı ki, mən onun qolunu tutub qaldırdım. Kənan yanında olan səviyyəssiz dostları bu söz-söhbətləri yaydı ki, “Kənanın qolu çıxmasaydı Vüqara qalib gələcəkdi”?!

“Tabloid.az” xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov, rejissor Kənan M.M-in “mənim döyüş zamanı qolum çıxdı deyə oyundan uzaqlaşdırıldım və buna görə oyun avtomatik olaraq Vüqara Muradova qaldı” sözlərinə münasibət bildirərkən deyib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm