Dekolte geyinən qadının davranışı necə olmalıdır?
Bizi izləyin

Tabloid.az

Dekolte geyinən qadının davranışı necə olmalıdır?

Dekolte geyinən qadının davranışı necə olmalıdır?

Qadın paltarında boğazı, çiyinləri, sinə və kürəyin yuxarı hissəsini açıq göstərən, eyni zamanda, ayaqları cazibədar göstərən qısa donlar, yubkada olan yarıqlar və bu şəkildə olan qadın paltarındakı kəsiklərə dekolte deyilir.

Dekolte geyinən bəzi qadınların əsas problemlərindən biri də özünü həddindən ziyadə seksual hiss edib, bədənini hamıya nümayiş etdirmək həvəsidir. Halbuki, qadın nə geyindiyini unutmamalı, hərəkətlərinə buna görə, nəzarət etməlidir. Kişilərin ağlını başından ulduz Cenifer Lopez də bildirir ki, bunun üçün özünə güvənmək kifayət edir.

“Mən heç kimin öz bədənindən utanmadığı bir mühitdə böyümüşəm. Mənə özümü sevmək üçün bir neçə səbəb aşılanıb. Buna görə də, nə qədər açıq geyinsəm də, özümü nə qədər seksual hiss etsəm də, müəyyən etdiyim sərhədləri heç zaman aşmıram!”

Bəlkə də, dekoltenin hər zaman seksual görünmədiyini, şəxsiyyət xarakterinə uyğun olaraq təbii bir məzmuna bürüdüyünü özünüzə xatırlatmanız lazımdır. Ən əsası seksuallıqla, başdan çıxartmaq anlayışlarını fərqləndirmək və ayrı məfhumlar olduğunu qəbul etməlisiniz. Eyni ilə süni göstərişlə, təbii cazibə qüvvəsi kimi... Dekolte seçərkən özünüzə fikir verin və sünilikdən uzaq durmağa çalışın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm