Tabloid.az
“Bəxt üzüyü”nün Sevdası qızı və nəvəsi ilə - Fotolar
Uzun illərdir Amerikada yaşayan azərbaycanlı müğənni və aktrisa Firəngiz Rəhimova sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Tabloid.az xəbər verir ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində populyarlığının pik nöqtəsində olan Firəngiz xanım hazırda Amerikada yaşayır. O, sosial şəbəkədə qızı Raisanı 33 yaşı olması münasibəti ilə təbrik edib. Həmçinin ailə albomundan olan fotolarını “Facebook”da paylaşıb. Müğənni həmçinin qızının toy şəkillərini də sosial şəbəkədə yerləşdirərək, qızına doğum təbriki yazıb:
“Düz 33 il əvvəl həyatım tamamilə dəyişdi. Uca yaradan mənə gözəl qız övladı bəxş etdi. Onu anamın şərəfinə Raisa adlandırdım. Onu tanıyanlar bilirlər ki, bu gözəl, incə, həssas, xeyirxah, ağıllı, mehriban, ecazkar, qayğıkeş, cazibədar qız, gözəl ana və etibarlı dostdur. Allaha mənə belə övlad bəxş etdiyi üçün çox minnətdaram! Qızım, günəşim, qoy sevgim səni və ailəni hər zaman qorusun. Sənə xoşbəxtlik, ailəndə hər zaman əmin-amanlıq, sevgi və cansağlığı arzu edirəm. Sağ ol ki, həyatımdasan!”
Qeyd edək ki, F.Rəhimova qızına anasının adını qoyub. Amma Amerikada o, qızının adını Reyçellə əvəz edib.
Firəngiz Rəhimova xalq artisti Ramiz Əzizbəylinin “Bəxt üzüyü” filmindəki Sevda obrazı ilə yaddaşlara həkk olunub.
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU