Tabloid.az
Gənclər "Ferma"da yarışacaqlar
Yaxın günlərdə Regional TV-də yeni realiti-şounun nümayişinə başlanılacaq.
Tabloid.az xəbər verir ki, “Ferma” adlanacaq realiti-şounun çəkilişləri Şəkinin kəndlərindən birində aparılacaq. İştirakçılar 6 qız və 6 oğlandan ibarət 12 nəfər olacaq. Oyunun şərtlərinə əsasən, onlar kənddə yaşamağa çalışacaqlar.
Seçilən iştirakçıların heç biri kənddə yaşamasalar da, yarışma zamanı inək sağmağı, qoyun-quzu otarmağı, ağac əkməyi və digər kənd təsərrüfatı işlərini görməyi öyrənəcəklər. Realiti-şounun çəkilişləri günün 24 saatı aparılacaq və iştirakçıların görüntüləri və danışıqları qeydə alınacaq.
Realiti-şounun ssenari müəllifləri qərara gəliblər ki, iştirakçıların çətin işini daha da qəlizləşdirsinlər. Belə ki, iştirakçılar davamlı olaraq, hər dəfə müxtəlif tapşırıqlar alacaqlar. Tapşırığı yerinə yetirən, növbəti mərhələyə keçəcək və şouda iştirakını davam etdirəcək. Oyunu sona qədər başa vuran iştirakçıya isə 10 min manat mükafat veriləcək.
Qeyd edək ki, layihə 2 ay davam edəcək. Həftə içi hər gün saat 21:00-da nümayiş olunacaq.
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO