Məşhur moda evi bu geyiminə görə üzr istədi - Foto
Bizi izləyin

Tabloid.az

Məşhur moda evi bu geyiminə görə üzr istədi - Foto

Məşhur moda evi bu geyiminə görə üzr istədi - Foto

İsveçin məşhur "Hennes&Mauritzin" (H&M) brendinin payız-qış kolleksiyasında yer alan qadınlar üçün xaki rəngli kombinezonun qadın peşmergəyə bənzəməsi mənfi reaksiyalara səbəb olub. Peşmərgə - kürd dilindədir. Mənası isə kürd silahlısına verilən ümumi addır. Kürd dilində peş arxasından, merg isə ölüm deməkdir. Sözün kürd dilində tərcüməsi "ölümün arxasından gedən" anlamını verir. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, intensiv tənqidlərdən sonra marka üzr istəyib.

"Bild" qəzetinin xəbərinə görə, "Facebook" və "Twitter" kimi sosial şəbəkələrdə "H&M" mağazasının ünvanına “peşmerge paltarını reklam edərək pul qazanırsınız” kimi tənqidlər yazılıb. Firmanı mərdliklə vuruşan qadının peşmerge paltarını istifadə etməkdə, hörmətsizlikdə ittiham ediblər. "H&M"-dən kombinezon satışından əldə etdiyi gəlirin bir hissəsini Peşmerge qüvvələrinə vermək tələbi ilə çıxış ediblər.

Bundan sonra açıqlama verən "H&M" mağazası həmin bənzərliyin tamamilə təsadüf olduğunu qeyd edərək, “Əgər məhsulumuz onların paltarına bənzəyirsə, buna görə onlardan üzr istəyirik. Niyyətimiz heç bu, deyildi. Keçən mövsüm intensiv şəkildə kombinezon tələbi aldığımız üçün bu məhsulu hazırladıq və axtarılan rəng olduğu üçün xaki rəngində istehsal etdik” açıqlamasını verib.

"H&M"-in kataloqunda həmin xaki rəngli kombinezonu bir modelin hərbi katerlə birlikdə təqdim edildiyi görünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm