Tabloid.az
Ucuz ayaqqabı ilə şıq görünməyin 8 üsulu – Fotolar
Şıq ayaqqabılar üçün çox pul xərcləmək şərt deyil. Büdcənizə uyğun ayaqqabı alarkən bəzi detallara diqqət etsəniz şıq və dəbli görünmək üçün bahalı brendlərə ehtiyac olmadığını görəcəksiniz.
Əvvəlcə ayaqqabını ucuz göstərən detalları bilməlisiniz.
1.Hündür platform
Bu tip ayaqqabı modellərinə çox pul verməyə dəyməz. Çünki bu modeli ən bahalı brend istehsal etsə belə ayaqqabının ön hissəsi kobud qaldığı üçün ucuz görünür. Daha zərif modellərə üstünlük verin.
2.Ayaq ölçünüzə uyğun olmayan ayaqqabılar
Ayağınıza böyük və ya kiçik olan ayaqqabılar olduqca ucuz təsir bağışlayır. Özünüzə uyğun olmayan ayaqqabını məhz bəyəndiyiniz üçün alsanız, yerişiniz və duruşunuz da qəribə təsir bağışlayacaq. Həm də ayaqqabı daha tez sıradan çıxacaq. Xoş olmayan görüntüyə yol verməmək üçün öz ayaq ölçünüzə tam uyğun olan ayaqqabılar alın.
3.Bəzəkli, daşlı-qaşlı ayaqqabılar
Bu tip detallar ən bahalı ayaqqabını belə ucuz göstərməyə qadirdir.
Əgər şıq və eleqant təsir bağışlamaq istəyirsinizsə, daha sadə ayaqqabı modellərinə müraciət edin.
4.Hündürdaban ayaqqabılar
Ən gözəl ayaqqabı belə üzərində yeriyə bilmədiyiniz təqdirdə xoş olmayan görüntü yaradır. Ona görə də rahat yeriyə bilmədiyiniz təqdirdə hündürdaban ayaqqabılar almayın. Dikdaban ayaqqabı geyinib seksual göründüyünü zənn edən bir çox qadın düzgün yeriyə bilmədiyi üçün kənardan çox gülünc görünür. Çalışın onlardan olmayın.
5.Metal detallar
Son illər ayaqqabılarda metal detallara yer verilməsi dəbdədir. Ancaq bu dəb ayaqqabıları ucuz göstərir. Ayaqqabıların üzərindəki parlaq metallar nə qədər az olarsa, bir o qədər şıq görünərsiniz.
6. Köhnəlmiş ayaqqabılar
Ayyaqqabınızı nə qədər çox sevməyinizdən asılı olmayaraq köhnəlibsə, onu qarderobdan atmaq lazımdır. Yeni ayaqqabı almağa imkanınız olmaya bilər. Heç olmasa köhnə ayaqqabınızı təmir etdirin.
6.Süni dəri alarkən diqqətli olun
Süni dəridən hazırlanmış ayaqqabılar alarkən ən sadə modelləri seçməlisiniz. Çünlki bu tip ayaqqabılarda nə qədər detal olarsa, süni olduğu o qədər çox hiss olunur. Keyfiyyətli ayaqqabı təsiri bağışlaması üçün sadə modellər daha uyğun seçim olacaq.
7. Parıltıdan uzaq durun
Qırmızı, göy və ya çəhrayı rəngli laklı ayaqqabılar ürəyinizi fəth edə bilər. Ancaq bilin ki, bu tip ayaqqabılar bütün stilinizi məhv etməyə qadirdir. Olduqca ucuz görünən bu tip ayaqqabıların mat, parıltısız modellərini seçin.
Tabloid.az
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı