Menstruasiya ağrısını azaldan qidalar
Bizi izləyin

Tabloid.az

Menstruasiya ağrısını azaldan qidalar

Menstruasiya ağrısını azaldan qidalar

Menstruasiya ərəfəsində və həmin müddətdə çox ağrılar çəkirsinizsə, bu qidalarla ağrılarınızı bir qədər yüngülləşdirə bilərsiniz.

Menstruasiya ağrısına qarşı kətan toxumu

Menstruasiya ağrısını azaldan qidalardan biri kətan toxumudur. Menopauza yaxınlaşan qadınlara gündə 2 qaşıq kətan toxumu yemək məsləhət görülür. Bu zaman həmin qadınlarda qızdırmanın aşağı düşdüyü müşahidə olunur. Kətan toxumunu səhər yeməyində və ya fasilələrdə qatığın içinə əlavə etməklə yeyilə bilər.

Tam taxıllı bitkilər menstruasiya ağrısını azaldır

Tam taxıllı bitkilər qan şəkərini tənzimləyir, lif və zülal baxımından zəngindir. Tam taxıllı qidalar menstruasiya ərəfəsində və həmin müddətdə dözülməz ağrıları azalda bilir.

Kalsium menstruasiya ağrısına yaxşı təsir edir

Merilend Medical Center Universitetinin tədqiqatçıları kalsium baxımından zəngin olan brokkoli, soya südü, ton balığı və digər balıq növlərinin ağrını ciddi şəkildə azaltdığını iddia edir.

İsti su torbası istifadə edin

Qarnınızın aşağı hissəsinə isti su torbası qoyun. İsti su torbası uşaqlıqda qan dövranının sürətlənməsini təmin edir və ağrını azaldır. İlıq duş almaq, ayaqlarınızı isti su içində saxlamaq da faydalı ola bilər. Suyun temperaturu 40 dərəcədən aşağı olmamalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm