Tabloid.az
Ev dekorasiyasında doymayacağınız vəhşi cazibə - Fotolar
Bu mövsüm heyvan ornamentləri, xüsusilə də bəbir naxışı çox dəbdədir. Tabloid.az xəbər verir ki, klassikdən müasir dekorasiya stillərinin demək olar ki, hamısında istifadə edilən heyvan naxışları içində bu mövsüm mağazaların vitrinlərini bəzəyən ən aktual variant bəbir naxışlarıdır. Bəbir naxışının fərqli tonları və formaları xüsusilə ev aksessuarları və örtüklərdə daha çox hiss olunur. Dizaynerlər qədərində istifadə edildiyi halda bəbir naxışının gündəlik həyat axınına təsir etdiyi fikrini müdafiə edirlər. Həqiqətən naxışın vəhşi və yandırıcı təsiri qeyri-adi məkanlar yaratmağa çox uyğundur. Ancaq bütün otağı naxışla boğmamaq üçün böyük, tək mebel və ya monolit bir sahədə istifadə edilə və ya yastıq və örtük kimi aksessuarlar arasında birini seçə bilərsiniz.
Otağınızı bu vəhşi stilə hazırlayarkən işə divarlardan başlayın. Naxışın içindəki bir rəngi əsas götürərək bunun üzərinə variasiyalar təcrübədən keçirin. Yaşıl, göy, krem, ağ, pastel və digər rəng variantları ola bilər. Bəbir naxışını istifadə edərkən Afrika və Asiya stilindən ruhlanaraq fikrinizi müəyyən bir mövzu ətrafında cəmləşdirə bilərsiniz. Afrika savannalarında olduğu kimi divarın altını qazonlarla bəzəyə və kənarda bir akasiya ağacı qoya bilərsiniz. Otağın döşəməsi tünd rəngdədirsə, onun üzərində bəbir naxışlı xalça daha yaxşı görünür. Fil rəngi divanla bəbir naxışlı bir örtüyü kreslolarda yastıqla tamamlayaraq uyğunluğu təmin edə bilərsiniz.
Bəbir naxışı yataq otağında əyləncəli atmosfer yarada bilər. Xüsusilə yataq dəstləri və yataq örtüklərində bu naxışda bir çox variantlar var. Bambuk, xam taxta komodlar və vəhşi bəbir naxışı, hətta həvəsləndirici təsir yaradır. Yatağınızda naxış istifadə edəcəksinizsə, yastıqları açıq krem tonları ilə tarazlaşdırmağa çalışın.
Salonda daha çox dəri divanlar və kreslolara yer verilə bilər. Naxışı daha çox pərdə, örtük və yastıqlarda istifadə etməyinizi təklif edirik. Məsələn, yemək stullarını qara boya ilə rəngləyərək bəbir naxışlı aksessuarla birləşdirə bilərsiniz. Döşəmədə istifadə edəcəyiniz tünd krem, ya da xaki rəngli xalçanın üstünə eyni ornamentdə kiçik bəbir naxışlı xalça ataraq məkanın tamamlanmasına nail olarsınız.
Bəbir naxışı digər naxışlara görə hamam və mətbəxdə də rahatlıqla istifadə edilə bilər. Bəbir naxışlı bir duş pərdəsi, kiçik əl dəsmalları və bambuk hamam dəstləri ilə vanna otağında kiçik safari cənnəti yaratmaq mümkündür.
Mətbəxdə isə daha çox xovlu və divar rəsmlərində istifadə edilə bilər. Şkaflarda ağır taxta, tünd lak və krem rəngi qapaqlarla qəşəng və olduqca nəcib görüntü yaradır. Bundan başqa, bəbir naxışlı çay və yemək dəstlərini narıncı və xaki rəngli salfetlərlə uyğunlaşdıra, stol örtükləri ilə birlikdə istifadə edərək tam bir safari təsiri yarada bilərsiniz.
Son olaraq mətbəx pəncərəsindən asılan bambuk və ya taxta jalüz, dəzgah arasında tünd yaşıl mozaikalar və rəflərdə kiçik Afrika nəzərləri məkanı tamamlayan ən ideal variantlardır.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı