Tabloid.az
Küsəyən insanlar bu xəstəliyə daha tez yaxalanırlar
Türkiyənin tanınmış həkimlərindən Ali Şahabettinoğlu küsəyən insanların bel və boyun problemləri ilə üzləşmək risklərinin daha çox olduğunu açıqlayıb.
Həkimin sözlərinə görə, stress, zehni yorğunluq kimi səbəblər bel və boyun ağrılarına səbəb olur. Ali Şahabettinoğlu günün böyük bir hissəsində önə doğru əyilərək işləyən və ya bu tip duruşu adət halına gətirənlərin boyun ağrısı problemi ilə daha çox üzləşdiklərini deyir:
“Son vaxtlarda bu problemlə bağlı müraciət edənlərin sayı artıb. Araşdırmalar göstərir ki, küsəyən və utancaq insanlar ömürləri boyu bel və boyun ağrıları çəkirlər. Buna səbəb küsəyən insanların hər kiçik problemi dərd edib stress keçirmələridir. Utancaqlar isə boyunlarını önə doğru əyirlər. Onların duruş forması budur. Ona görə də boyun ağrıları onlarda daha çox müşahidə olunur. Həmçinin, kinli, bağışlamağı bacarmayan, hər şeyin ən yaxşısını əldə etməyə çalışanların bel qırtığına yaxalanmaq riski daha yüksək olur”.
Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyada insanların ən çox şikayət etdikləri xəstəliklər siyahısında bel yırtığı ikinci yerdə gəlir:
"50 yaşındakı insanların 80 faizi bel ağrısından əziyyət çəkir. Amma hər bel ağrısı bel yırtığından qaynaqlanmır. Bel ağrısının başqa səbəbləri də ola bilər. Bel ağrısı şikayəti ilə müarciət edənlərin yalnız 10 faizində bel yırtığı aşkarlanır. Başqa xəstəliklər də bel ağrısına səbəb ola bilir. Boyun ağrısı da bel ağrısı qədər geniş yayılmış problemdir. Həm bel, həm də boyun ağrılarından qorunmaq üçün ilk növbədə psixoloji vəziyyətə diqqət etmək lazımdır. Gərgin iş həyatı olan, həddən artıq stress keçirən insanlar müxtəlif hobbilərlə məşğul olaraq günün yorğunluğunu ata bilərlər. Beləliklə, bu tip xəstəliklərə yaxalanma riskləri azalmış olar”.
Tabloid.az
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir