Tabloid.az
İnteryerdə ədviyyatlardan ilham alın! – Fotolar
Havaların soyuq keçdiyi bu mövsümdə interyerdə insana özünü rahat və isti məkanda hiss etdirən rənglərdən istifadə etmək çox aktualdır. Siz də bu dəblə ayaqlaşmaq istəyirsinizsə, ev dekorasiyasında ədviyyatlardan ilham ala bilərsiniz. Belə ki, bu qış xardal, zoğalı, qəhvəyi, tünd yaşıl, krem kimi ədviyyat rənglərindən istifadə edərək evinizi daha isti bir məkana çevirə bilərsiniz.
Dekorasiyada bu rənglərdən istifadə etməyin bir üstünlüyü də ondadır ki, otaq sərin olsa belə üşüməyəcəksiniz. Psixoloqlar bildirirlər ki, ədviyyat çalarları psixoloji olaraq insana təsir edir və özünüzü daha isti məkanda hiss etməyinizə səbəb olur.
Otağın daha yaxşı görünməsi üçün ədviyyat rənglərini açıq çalarlarla və ya rəngin fərqli tonları ilə birlikdə istifadə etmək lazımdır.
Divarların rəngini dəyişmək istəmirsinizsə, müxtəlif ev əşyalarını və ya aksessuarları bu rənglərdə seçə bilərsiniz. Qəhvəyi rəngli stol, zoğalı rəngli tablo da otağınıza yeni ab hava verə bilər.
Aşağıdakı fotolardan ilham alaraq evinizi gözəlləşdirə bilərsiniz.
Tabloid.az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR