Tabloid.az
Cinsi istəksizliyin səbəbləri və müalicəsi
Xoşbəxt bir ailə üçün bir çox şərt var. Bunlardan ən önəmlisi isə cütlüyün cinsi həyatdan məmnun olmasıdır. Statistika göstərir ki, cütlüklərin 60-70 faizinin boşanma səbəbi cinsi problemlərdən qaynaqlanır. Xoşbəxt cinsi həyat üçün cinsi istək lazımdır. Ancaq müasir həyatın gətridiyi bir sıra problemlər insanların cinsi gücünü azaldır və bir çox insanda cinsi istəksizlik yaranır.
Ailələrin dağılmasına belə səbəb ola bilən bu problemi aradan qaldırmaq vacibdir. Bunu nəzərə alaraq tabloid.az-ın “Ailə dostu” layihəsi çərçivəsində cinsi istəksizliyə səbəb olan faktorlar və onların təsirini azaltmaq üsullarından bəhs edəcəyik.
Hansı səbəblərdən cinsi istəksizlik yaranır?
Dərmanlar
Cinsi həyata ən mənfi təsir edən faktorlardan biri dərmanlardır. Xüsusilə də ağrıkəsici həblər və antidepresantlar cinsi istəksizlik yaradır. Antidepresant dərmanlar orqazmı çətinləşdirdiyi üçün aktiv cinsi həyata malik olan cütlüklər üçün belə problem yaradır. Hamiləlikdən qoruyan dərmanlar qadınlarda cinsi istəksizliyə səbəb ola bilər. Əgər belə dərmanlardan istifadəyə davam edəcəksinizsə, həkiminizlə məsləhətləşərək sizə daha uyğun olan dozanı müəyyənləşdirin.
Allergiya
Əgər allergiyadan əziyyət çəkirsinizsə, cinsi həyatda aktiv ola bilməyəcəksiniz. Müxtəlif allergiyalar sizə ümumi narahatçılıq verməklə yanaşı cinsi həyatınıza da mənfi təsir edəcək. İşin pis tərəfi odur ki, allergiyalara qarşı istifadə edilən dərmanlar da zərərlidir. Belə ki, bu tip dərmanlar vaginal quruluğa səbəb olur. Həkimdən məsləhət alaraq bu problemi aradan qaldırmağa çalışın.
Pəhrizlər
Əgər arıqlamaq üçün şok pəhrizlər saxlayırsınızsa, cinsi həyatınızın bundan mənfi şəkildə təsirlənəcəyini unutmayın. Çünki bədəniniz lazımı vitaminləri və mineralları qəbul etməyəndə özünüzü ehtiraslı hiss edə bilməzsiniz. Az yemək psixologiyaya da pis təsir edir. Daha əsəbi və dözümsüz olursunuz. Gözəl görünüb partnyorunuzun ürəyini fəth etmək arzusu ilə saxladığınız pəhrizlər ayrılığa səbəb ola bilər. Odur ki, sağlam həyat tərzini seçin. Sağlam şəkildə qidalansanız və idmanla məşğul olsanız, zamanla arıqlayıb ideal çəkinizə qovuşacaqsınız. Üstəlik həmişə eyni çəkidə qalmaq sizin üçün daha asan olacaq. Ancaq ani şəkildə az qidalanmağa başlayıb 1 ay içərisində 8-10 kilo arıqlamağı düşünmək sizə ziyandan başqa heç nə gətirməyəcək.
Rahatlaşmaq və yuxu ehtiyacı
Əgər bütün gün işləmisinizsə, evə gedən kimi yatmağı xəyal edəcəksiniz. Bu, xüsusilə də qadınlar üçün keçərlidir. Kişilər ən stressli günlərdə, özlərini yorğun hiss edərkən belə sekslə məşğul olmağa yox demirlər. Çünki kişilər üçün seks yorğunluğu çıxaran, stressi azaldan, rahatlaşmaq vasitəsidir. Qadınlar isə yorğun olduqda seks haqqında düşünmək belə istəmirlər. Belə olanda özünüzü məcbur etməyin. Ancaq vaxtınızı düzgün bölərək partnyorunuza daha çox vaxt ayırmağa çalışın.
Həddindən artıq stress
Məsuliyyət tələb edən vəzifələrdə işləyənlər, övlad sahibi olanlar və ev işlərindən başını qaldıra bilməyənlər daha çox stress yaşayırlar. Stress bir çox xəstəliyin səbəbkarı hesab edilir. Sağlamlığımızın ən böyük düşməni olan stress cinsi həyata da təsirsiz ötüşmür. Ona görə də stressdən xilas olmağa çalışın. Bunun üçün partnyorunuzla birlikdə tədbirlər görün.
Spirtli içkilər
Spirt sakitləşdirici təsirə malikdir. Əgər libidonuz zəifdirsə, spirtli içkilər özünüzü yorğun hiss etməyinizə səbəb olacaq. Spirtli içkilər bəzi insanları pessimist ruh halına salır. Əgər xoş-əhval ruhiyyə vermirsə, spirtli içkidən uzaq durun. Müəyyən şənliklərdə içməli olduqda isə özünüzə uyğun olan miqdarı keçməyin.
Ünsiyyətsizlik
Partnyorunuzla ünsiyyət qura bilməmək davamlı hal aldıqda cinsi həyatınıza mənfi təsir edə bilər. Heç kim hər gün dava etdiyi, əsəblərinin korlanmasına səbəb olduğu adamla sevişmək istəməz. Mübahisələriniz olmasa belə, bir-birinizlə söhbət etmir, birlikdə əylənmirsinizsə, seks arzunuz baş qaldırmayacaq. Günlər keçdikcə cinsi istəyinizin azaldığını hiss edəcəksiniz. Odur ki, vaxtında ünsiyyət qurmağa çalışın və problemlərinizi danışaraq həll edin.
Həddən artıq kök və ya arıq olmaq
Əgər həddindən artıq kök və ya əksinə arıqsınızsa, bu, həm psixologiyanıza, həm də seks istəklərinizə mənfi təsir edəcək. Bu, həm kişiləri, həm də qadınları narahat edən problemdir. Hər iki cins də özünü gözəl və ya yaraşıqlı hiss etmək istəyir. Hər bir insan görkəmi ilə partnyorunun ağlını başından almağı xəyal edir. Əslində bunun üçün ideal bədən quruluşuna malik olmaq vacib deyil. Əsas insanın özü ilə barışıq olması və özünü sevməsidir. Siz arıq və ya kök halınızla özünüzü sevə bilmirsinizsə, onda sağlam həyat tərzinə keçərək arıqlayın. Görəcəksiniz ki, bu, cinsi istəyinizin pik nöqtəyə çatmasına gətirib çıxaracaq.
Texnologiya
Mobil telefonlarda internetə xərclənən vaxt cütlükləri bir-birlərindən uzaqlaşdıra bilər. Ağıllı telefonunuz və ya planşetinizlə oynayarkən cinsi istəyinizin artması mümkünsüzdür. Çünki eyni anda həm ağlınız, həm istəyiniz, həm də ruhunuz seksə fokuslanmırsa, cinsi həyatdan zövq ala bilməyəcəksiniz. Xüsusilə də sosial şəbəkələr bizi lazım olmayan informasiyalarla yüklədikləri üçün seks həyatına mənfi təsir edirlər.
Qadınların 50 faizi cinsi istəksizlikdən əziyyət çəkirlər. Araşdırmalar yetkin qadınların 43 faizinin cinsi istəksizlik problemi ilə üzləşdiklərini göstərir.
Qadınların ehtirasının azalmasına yuxarıdakılarla yanaşı başqa faktorlar da səbəb ola bilər.
Türkiyənin məşhur qadın xəstəlikləri və doğum mütəxəssisi Dilək Dinc Erdoğru qadınlarda cinsi istəyin azalması səbəblərini belə sıralayır:
*Qadın seksdən həzz ala bilmədikdə və orqazm olmaqda çətinlik çəkdikdə cinsi istəyi azalır.
* Bəzi qadınlar mədəni, əxlaqi və ya dini səbəblərdən cinsi istəklərini tam üzə çıxara bilmirlər. Bu isə zamanla cinsi istəyin azalması ilə nəticələnir.
* Qadında cinsi istəyin olmamasının ən böyük səbəbi keçmişdə yaşadığı təcavüz və ya digər zorakılıqlar ola bilər.
* Hamiləlik qorxusu cinsi istəyin azalmasına səbəb olur. Uşaq istəməyən qadın partnyorunu etibarlı və təsirli qorunma üsuluna razı sala bilməyəndə seksdən uzaqlaşmağa başlayır.
*Cinsiyyət orqanına edilən cərrahi müdaxilələr və doğuşdan sonra yaranan problemlər cinsi istək pozuqluqlarına gətirib çıxara bilər.
*Klimaks dövründə hormon səviyyələrindəki eniş vajinal quruluğa və nəticə olaraq cinsi əlaqədə ağrıya səbəb olur. Bu da cinsi istəyin azalmasına və qadının seks istəməməsinə gətirib çıxarır.
*Hamiləlik və əmizdirmə dövründəki hormonal dəyişikliklər, bədəndəki dəyişikliklərin yaratdığı mənfi duyğular, yuxusuzluq və yorğunluq, qadınlarda cinsi istəyin azalması ilə nəticələnir.
Cinsi istəyin artması üçün nə etməli?
Yaşamaq üçün nəfəs almaq, xörək yemək nə qədər vacibdirsə, seksdən zövq ala bilməyiniz üçün də cinsi istəyiniz o qədər önəmlidir.
Cinsi istəyi öldürən bütün faktorlar dopamin hormonunu aşağı salır. Yəni dopamini normal səviyyədə saxlaya bilsəniz, seks həyatınızda axtardığınız xoşbəxtliyi əldə edə biləcəksiniz.
Seks sizi əvvəlki qədər təmin etmirsə, dəriniz toxunuşlara qarşı laqeydləşibsə, axırıncı dəfə nə vaxt sekslə məşğul olduğunuzu unutmusunuzsa, deməli, dopamini artırmaq üçün lazımlı qidalar yeməlisniz.
Bu zaman zülallar köməyinizə gələcək. Ət, süd məhsulları və taxıldan hazırlanan qidalar yeməklə dopaminin yüksəlməsinə nail ola bilərsiniz.
Qara istiot, qırmızı bibər, razyana, kətan toxumu, sarımsaq, xardal toxumu, tərxun, susam, tərxun kimi qidalar dopamin səviyyəsini artırmağa kömək edir.
Qəhvə və çay da dopaminin artmasına kömək edir. Daha yaxşı təsir etməsi üçün iki fincan qaynayan suya iki paket yaşıl çay atın və bir az qırmızı istiot əlavə edin. Gün ərzində az-az için.
Gündəlik qida rasionunuzu elə təşkil edin ki, bol miqdarda fol turşusu, sink qəbul edə biləsiniz.
Toxunuşlar sizdə cinsi həvəs oyatmırsa, deməli sizdə həssas toxunuşları hiss etməyinizə səbəb olan asetilkolin adlı maddə çatışmır.
Asetilkolin ehtiva edən yağlı yeməklər yeyərək bu problemi aradan qaldırmaq mümkündür. Qaraciyər, yumurta, qırmızı ət, fıstıq, badam, brokkoli, kələm kimi qidalar, nanə, adaçayı, kəklikotu kimi ədviyyatlar bol miqdarda asetilkolin maddəsi ehtiva edirlər.
Seks üçün kifayət qədər həvəziniz yoxdursa, bu, seratonin hormonunun çatışmadığını göstərir. Seratonin xoşbəxt və hüzurlu hiss etməyimizi təmin edən hormondur. Serotonin səviyyəsi aşağı olduqda cinsi istəyiniz azalır. Buna səbəb həmin an hər şeyə qarşı həvəssiz və pessimist olmağınızdır.
Ət, ördək əti, hind toyuğu, toyuq, avokado, süzmə, pendir, yumurta və şokolad yeməklə seratonin səviyyəsini artıra bilərsiniz.
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq
-
Magazin207:15
Tom Kruzdan qızı ilə bağlı gözlənilməz addım - 30 yaşı tamam olanda...
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar