Tabloid.az
Kosmetik vasitələr sonsuzluğa səbəb olur?
Mütəxəssislər makiyaj edən qadınlara xəbərdarlıq ediblər. Onların fikrincə, baxımlı qadınların vazkeçilməzi olan kosmetik vasitələr hormonlarda balans pozulmasına səbəb olur. Tərkibində bir çox kimyəvi maddələr olan kosmetik məhsullar qadın sağlamlığına zərərli olduğu kimi, sonsuzluğa da səbəb ola bilir. Araşdırmalar göstərir ki, hər gün makiyaj edən bir qadının orqanizmi təqribən 500 kimyəvi maddəyə məruz qalır.
Tez yaşlanmağa səbəb olan bu maddələr həmçinin, allergiyaya, hormon pozğunluğuna, doğuş problemlərinə və hətta xərçəngə belə səbəb ola bilir.
Kosmetik məhsulların sonsuzluq riskini artırdığı illər öncəsindən iddia edilsə də, elmi şəkildə təsdiq edilməmişdi. Təbii ki, bunda kozmetik vasitələrin satışından milyonlarla dollar gəlir əldə edən iri şirkətlərin əlinin olduğu inkar edilə bilməz. Amma son illər azad təşkilatların apardıqları araşdırmalar göstərdi ki, həqiqətən də kozmetik məhsulların tərkibinə vurulan kimyəvi maddələr sonsuzluğa səbəb olur.
Bu məhsullardan hər gün sevərək istifadə edən qadınlar ən təhlükəli düşmənlə əlaqəyə girdiklərindən xəbərsizdirlər. Dodaq boyası, dırnaq boyası, tonal krem, ətir, bədən losyonu, saç spreyi kimi məhsulların kimyəvi analizini edən tədqiqatçılar insanı dəhşətə salan nəticələr əldə ediblər.
Alimlər bildirirlər ki, erkən yaşlarda makiyaj etməyə başlayan qadınların vəziyyəti daha təhlükəlidir. Çünki onların kimyəvi maddələrə dözümlülüyü daha azdır və bu maddələr onların bədənlərində qalıcı xəsarətlərə yol aça bilər.
14-19 yaşındakı gənc qızlar makiyaj etməkdən çəkinməlidirlər. Çünki bu gələcəkdə döş və dəri xərçəngi olmaq riskini yüksəldə bilər.
Şotlandiyada aparılan başqa bir araşdırma isə hamiləlik dövründə makiyaj edən qadınların həm körpələrini, həm də özlərini təhlükəyə atdıqlarını göstərib. Xüsusilə, hamiləliyin ilk üç ayında edilən makiyaj körpənin həyatını risk altında qoyur.
Siçanlar üzərində aparılan araşdırma göstərib ki, kosmetik məhsualların tərkibindəki kimyəvi maddələr ana bətnində olan qız uşağının hormonlarının balansının pozulmasına, oğlan uşaqlarının isə gələcəkdə cinsiyyət orqanı problemləri ilə üzləşməsinə, sperma saylarının azalmasına səbəb olur.
Kimyəvi maddələrə məruz qalmaq istəməyənlərə saç və bədən təmizliyində tərkibində boya və ətir olmayan təbii ağ sabun təklif edilir. Dəri baxımı üçün də tərkibində boya və ətir olmayan məhsulların seçilməsi məsləhət görülür.
Mütəxəssislər bildirirlər ki, bitki mənşəli kosmetik məhsulların daha az zərərli olduğu fikri tamamilə yanlışdır. Əgər hər hansı məhsulun tərkibində boya və ətir varsa, deməli, o, kimyəvi maddə ehtiva edir.
Tabloid.az
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı