Şorba içməyin orqanizmə faydaları
Bizi izləyin

Tabloid.az

Şorba içməyin orqanizmə faydaları

Xüsusilə qış aylarında immuniteti qüvvətləndirmək üçün şorbanı süfrədən əskik etməmək lazımdır

Şorba quru yeməklərdən daha faydalıdır. Detoks kimi təsir etdiyindən xərçəng, həzm sistemi və xolesterin kimi bir çox sağlamlıq problemini həll edir.

Xüsusilə, qış aylarında immuniteti qüvvətləndirmək üçün şorbanı süfrədən əskik etməmək lazımdır.

Qış aylarında qida menyunuza daxil etdiyiniz şorba çəkinizi taraz saxlamağa kömək edir. İnsana ağırlıq deyil, toxluq hissi verir. Həmçinin, şorbanı isti-isti içdiyimizdən, onu sürətlə yeyə bilmirik. Bu da həzm prosesini yaxşılaşdırır.

Şorbaların bir çox növü mövcuddur. Hər şorbanın orqanizmə faydası fərqli olduğu üçün həftə ərzində 3-4 növ şorba bişirməyə çalışın.

Mövsümi tərəvəzlərlə bişirilən şorbalar tərkibindəki vitaminlər baxımından daha faydalıdır.

Şorba bədəndəki toksinlərin atılmasına da kömək edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm