Uitni Hyustonun qızı ölüm ayağındadır
Bizi izləyin

Tabloid.az

Uitni Hyustonun qızı ölüm ayağındadır

Ailə üzvləri isə artıq Bobbi Kristinanın basdırılacaq yerini müəyyənləşdirirlər.

Əfsanəvi müğənni Uitni Hyustonun 21 yaşlı dogma qızı Bobbi Kristina komadadır. Həkimlərin verdiyi ilkin rəyə əsasən, onun komadan ayılmasına inam çox azdır.

31 yanvarda Kristinanın sevgilisi və onun dostu evinin hamam otağında onu huşsuz halda tapıblar. Artıq 4 gündür Bobbi Kristinanın səhhətində heç bir irəliləyiş yoxdur, əksinə, onun vəziyyəti getdikcə pisləşir. Ailə üzvləri isə artıq Bobbi Kristinanın basdırılacaq yerini müəyyənləşdirirlər.

Qeyd edək ki, Bobbi Kristinanın anası, amerikalı müğənni Uitni Hyuston da 11 fevral 2012-ci ildə qaldığı mehmanxananın hamam otağında huşunu itirərək dünyasını dəyişib. Onun yüksək miqdarda narkotik qəbulundan dünyasını dəyişdiyi deyilsə də, ekspertiza müğənninin suda boğularaq öldüyünü təsdiq etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm