Tabloid.az
Elzanın oğlu videosunun yayılmaması üçün göz yaşı tökdü
Müğənni Elza Seyidcahan oğlunun "dəlilik" etməsindən danışıb.
Tabloid.az xəbər verir ki, “Günaydın” verilişinin qonağı olan əməkdar artist Elza Seyidcahan maraqlı açıqlama verib:
“Evdə royal arxasında ifa edirdim. Oğlum da uşaq idi. Bu an oğlum da tütəklə məni müşayiət etməyə başladı. Mən onun ifasına baxdım valeh oldum. Başladı ağlamağa ki, ana onu heç kimə göstərmə. Mən orada "dəlilik" etmişəm. Amma o, möhtəşəm ifa etmişdi. Hazırlaşsaydı elə ifa edə bilməzdi”.
Bundan əlavə, müğənni aparıcı Vüsalə Kərimovanın "Niyə ictimai nəqliyyatdan istifadə etmirsiniz?" sualına da cavab verib.
“Xalq məni çox sevir. Mən ictimai nəqliyyatdan istifadə etsəm, gedəcəyim ünvana gedib çata bilmərəm. Mən məclislərdə, rayonlarda oluram. İnsanların mənə olan sevgisini görürəm”.
Komplekssiz olduğunu göstərmək üçün əməkdar artist Elza Seyidcahan illər əvvəl un daşıyan maşınla çəkilişlərə getdiyindən də söhbət açıb.
“İllər öncə çəkilişlərə un daşıyan maşınla gedib gəlirdim. Mən bunları deməyə utanmıram. Yaşadığım yerdə qonşumuz Əsəd var idi. O, çörək sexində işləyirdi. Məni arxası furqonlu, yükdaşıyan maşınla çəkilişlərə aparırdı. Bir dəfə də məni Könül Kərimova gördü. Dedi ki, sən şahzadəsən ki lap. Sən bu köhnə “011” maşına gözəllik verirsən”.
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq































