Tabloid.az
Ən yaxşı sevişən bürc hansıdır?
Astrologiya həm özümüzü, həm də qarşı tərəfi anlamaq və daha yaxından tanımaq üçün əvəzolunmaz üsuldur. Bir çox mövzuda olduğu kimi, cinsi münasibətlərdə də astrologiyanın imkanlarından istifadə edərək ağıllı qərarlar vermək olar. Nəzərə alsaq ki, cinsi münasibətlərinizdən zövq almaq üçün tərəf müqabilinizlə biri-birinizi anlamağınız olduqca vacibdir, onda astrologiyanın da əhəmiyyətini anlayarsınız. Məsələn, qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı fərdi proqnoz, sevgilinizin, ya da həyat yoldaşınızın yataqda necə olduğunu öyrənmək üçün bu elm əlverişli ola bilər. İstər inanın, istərsə də, inanmayın, bu məsələdə astrologiya verdiyi məlumatlarla həyatımızı istiqamətləndirə bilərik.
Qoç bürcünün qadınları
Qoç bürcünün qadını hər mövzuda olduğu kimi, cinsi həyatda da liderliyi əldən vermək istəmirlər. Seks onun üçün bir növ məşq kimidir. Qarşısındakı kişini həm həyatda, həm də yataqda sınayır. Bu cazibədar qadının yataqdakı tərəf müqabili atletik bədənli, mərd və dürüst bir kişi olmalıdır.
Qoç bürcünün kişiləri
Seksə çox düşkün olan Qoç bürcünün kişiləri ehtiraslı davranışları ilə qarşısındakı qadını dəliyə çevirir. Bəyəndiyi qadını asanlıqla əldə edir. Seksdə eqoist və kobud davranışları ilə romantik qadınların xəyallarını puç edə bilər. Hər an hər yerdə sekslə məşğul olmağa hazırdır.
Buğa bürcünün qadınları
Buğa bürcünün əlçatmaz görüntüsünün altında olduqca alovlu qadın gizlənir. Yataqda klassik mövqeləri xoşlayır. Yataqdakı oğlanın maraqlı və təsirli olması vacibdir. Tələsik davranmağı sevmədiyinə görə, səbirsiz kişilər ondan uzaq durmalıdır.
Buğa bürcünün kişiləri
Buğa bürcünün kişiləri nə qədər ehtiraslı da olsa, yataqda nəvaziş və sevgi tələb edir. Nəvazişi və sevildiyini hiss etməyi çox xoşlayır. Seksdə yeniliklərə açıq deyil. Klassik mövqelərə üstünlük verir.
Əkizlər bürcünün qadınları
Ağlı ilə diqqət çəkən əkizlərin qadınlarının zəkasını istifadə etmədiyi yeganə yer yataq otağıdır. Seksə adi məşğuliyyət kimi baxır. Seks onun üçün yalnız bir yüngüllük vasitəsidir. Marağını seksə yönəltmək üçün erotik yazışmalar, ya da telefon danışıqlarından istifadə edə bilərsiniz.
Əkizlər bürcünün kişiləri
Əkizlər bürcünün kişiləri seksə oyun kimi baxırlar. Sevgi məsələsində o qədər də sadiq olduğu deyilməz. Çünki müxtəlif qadınlarla fərqli məkanlarda görüşməyi sevirlər. İdeal bədən quruluşuna malik olan və intellektual qadınları unuda bilmirlər.
Xərçəng bürcünün qadınları
Romantik xərçəng bürcü qadını gözəl sözlərdən və zərif toxunuşlardan çox təsirlənir. Yataqda olduqca ehtiraslı olan bu qadın, onu qoruyan kişilərə qarşı çox həssasdır. Onu ehtirasla öpüb, qulağına sevgi sözləri deməyiniz seksə təhrik edir.
Xərçəng bürcünün kişiləri
Qadınlar tərəfindən cəlbedici olan xərçəng kişiləri ana quzusu kimi görünsə də, yataqda olduqca ehtiraslı davranır və tərəf müqabilini çox təəccübləndirir. Yad məkanlarda sevişməkdən xoşlanmaz, özünü evində kimi rahat hiss etməlidir.
Şir bürcünün qadınları
Şir qadını hər kəsin diqqətini çəkir, ancaq o özü, sakit təbiətli bir kişini yatağında görmək istəyir. Tərəf müqabilinin ona heyran olması seks istəyini daha da artırır. Yataqda nəzarətin tərəf müqabilində olmasından xoşu gəlir.
Şir bürcünün kişiləri
Şir bürcünün kişiləri eynilə normal həyatında olduğu kimi, yataqda da əzizlənməyi xoşlayırlar. Yataqdakı tərəf müqabilinin cəlbedici olmasını istəyir. Erotizmi xoşlayır, buna görə üz-üzə sevişmədən daha çox həzz alırlar.
Qız bürcünün qadını
Vasvası qız bürcləri tərəf müqabilinin təmiz və baxımlı olmasını tələb edir. Bəzi qız bürcləri, hətta gigiyena düşkünü olduğu üçün, kiçik problemlərindən dolayı duşda sevişmək istəyə bilər. Vəhşi davranan kişilər əvəzinə, onlarla nəzakətli davranan kişilərə üstünlük verirlər.
Qız bürcünün kişiləri
Qarşısındakı qadının ağıllı və təmiz olması onu seksə təhrik edir. Eynilə qız bürcü qadını kimi gigiyenik qaydalara düşkündür. Sekslə məşğul olmaq üçün qarşısındakı qadına tam güvənməsi lazımdır. Masaj onu sakitləşdirmək üçün əla vasitədir.
Tərəzi bürcünün qadınları
Tərəzi bürcünün zərif və həssas qadınları yataqda şəfqətli və nəzakətli rəftardan xoşlanır. Yataqda jarqon və söyüşlər yolverilməzdir. Sevişdikləri şərait mütləq qlamur və gözəl olmalıdır.
Tərəzi bürcünün kişiləri
Qadın gözəlliyinə çox fikir verən tərəzi bürcünün kişiləri ancaq gözəl qadınlarla görüşmək istəyirlər. Əks təqdirdə, tərəf müqabilini görməmək üçün qaranlıqda sevişməyə üstünlük verər. Yataqda hakim olmağı sevən tərəzi kişiləri nəzarəti ələ alan qadınlara da “yox” deməzlər.
Əqrəb bürcünün qadınları
Əqrəb bürcünün qadınları yataqda vamp və vəhşidir. Qaranlıqdan xoşu gəlir. Çox ehtiraslıdır. Əqrəb bürcü qadınının ehtirasına təslim olmayan kişi çox azdır. Dəlicəsinə aşiq olduğu kişi ilə məkana və zamana fikir vermədən sevişə bilər.
Əqrəb bürcünün kişiləri
Seks əqrəb kişilərinin həyatının əsas mənasıdır. Hətta ac qala bilərlər, amma sekssiz əsla! Cazibədar hesab etdiyi hər qadınla sevişir. Ancaq aşiq olduğu zaman eyş-işrətdən soyuyur. Sevişməyə hər an hazırdır.
Oxatan bürcünün qadınları
Oxatan bürcünün qadınları seksə əyləncə kimi baxırlar. Hətta bəzən söhbət etməyi seksdən üstün tutarlar. Oxatan bürcünün qadınını sevişməyə yola gətirmək üçün əvvəlcə onunla yaxşı yoldaş olmaq lazımdır. Müxtəlif fantaziyalara “Yox” deməzlər.
Oxatan bürcünün kişiləri
Oxatan bürcünün kişiləri macəralı və ekzotik şəraitlərdə sevişməyi çox sevirlər. Alovlu ehtirası tərəf müqabilinin yataqda özünü dünyanın ən gözəl qadını hiss etməsini təmin edir. Lakin eşqbaz olduğu üçün ağlı-fikri daim digər qadınlarda olur.
Oğlaq bürcünün qadınları
Oğlaq bürcü altında doğulan qadını ancaq bir kişiyə tamamilə etibar edib ona yatağını açır. İlk vaxtlarda soyuq və məsafəli davransa da, kişiyə inamı artdıqca yataqda daha ehtiraslı qadına çevrilir. Seksdə hakimiyyətin tərəf müqabilində olmasını xoşlayır.
Oğlaq bürcünün kişiləri
Oğlaq bürcünün kişiləri adətən bir qadınla görüşür və etimad etdiyi qadınla eyş-işrət yaşayır. Tərəf müqabilinin tamamilə özünə təslim olmasından xoşu gəlir. Ciddi və yaşca özündən böyük qadınlardan xoşu gəlir.
Sutökən bürcünün qadınları
Azadlıqsevər sutökən qadın üçün seksin sərbəst yaşanması lazımdır. Tək gecəlik əlaqələrə də pis baxmır. Monotonluğu xoşlamadığı üçün klassik mövqelərdən tez sıxılır. Yeniliklərə açıq olduğundan qeyri-adi fantaziyaları ilə tərəf müqabilini təəccübləndirir.
Sutökən bürcünün kişiləri
Sutökən bürcünün kişiləri yaxşı anlaşdığı və dost olduğu qadınlarla görüşür. Utancaq olduqları üçün bəzən ilk addımı qadın atmalı olur. Sirli və ağıllı qadınlarla görüşməkdən həzz alır.
Balıq bürcünün qadınları
Romantik balıq qadınlarının biri ilə sevişməsi üçün ən vacib meyar o adama aşiq olmasıdır. Seks zamanı kobud və sərt hərəkətlərdən xoşu gəlmir. Tərəf müqabinə qarşı itaətkardır.
Balıq bürcünün kişiləri
Balıq bürcünün kişiləri çox tez-tez aşıq olduğu üçün sevgililəri də daim dəyişirlər. Yataqda hakimiyyətin qadında olması xoşuna gəlir. Göründüyündən daha ehtiraslıdır. Çox sevildiyini eşitmək yataqda onu hərəkətə keçirir.
-
Magazin121:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin121:00
Zümrüd ayda bu qədər QAZANIR
-
Hadisə20:24
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Sosial19:50
Süni ağardılan qənd, saxta düyü - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON İDDİALAR
-
Rəsmi xronika19:41
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Sosial19:36
Deputatın təsis etdiyi şirkət AzTV-yə sendviç satacaq - TƏFƏRRÜAT
-
Sosial19:12
İki yaşlı Nəzrin masaj zamanı ağrının şokundan ÖLÜBMÜŞ