Təhlil
Qarşıdakı 2 ildə ölkə iqtisadiyyatını nə gözləyir? - Proqnoz
"Standard&Poor’s” (S&P) beynəlxalq reytinq
agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili
məhsul istehsalının (ÜDM) artımının 3,5 faiz səviyyəsində olacağını
proqnozlaşdırır.
Publika.az Azərtac-a istinadən xəbər verir ki,
“S&P”nin mütəxəssisləri 2018-ci ildə Azərbaycan
iqtisadiyyatında artımın bərpa olunacağını irəli sürüb.
Qeyd olunub ki, ÜDM gələn il 2 faiz (nominal həcm 44 milyard
dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard dollar), 2020-ci ildə
3,5 faiz (48 milyard dollar) artacaq: “Proqnozların bu səviyyədə
olması “Şahdəniz-2” qaz yatağından nəqlin başlanmasına əsaslanır.
Bununla yanaşı, qeyri-neft sektoruna investisiyaların yatırılması
iqtisadiyyata inamın artması və inflyasiyanın səngiməsi istehsalın
artmasına səbəb olacaq”.
“S&P”nin proqnozuna əsasən, Azərbaycan iqtisadiyyatına
yatırılan investisiyaların həcmi 2017-ci ildə 5,5 faiz, 2018-ci
ildə 3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz
artacaq. Azərbaycanda 2016-cı ildə 12,4 faiz olan orta illik
inflyasiya bu il 9 faizədək geriləyəcək, 2018-2020-ci illərdə də
inflyasiyanın səngiməsi tendensiyası davam edəcək. İllik
inflyasiyanın 2018-ci ildə 7 faiz, 2019-2020-ci illərdə isə 5 faiz
təşkil edəcəyi proqnozlaşdırılır.
Agentliyin hesabatında göstərilir ki, 2017-2020-ci illərdə
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo qorunacaq,
belə ki, 2017-ci ildə ÜDM-in 12,3 faiz, 2018-ci ildə 12,7 faiz,
2019-cu ildə 14,3 faiz, 2020-ci ildə 14,8 faizə bərabər olacaq.
“S&P” hesab edir ki, bu il dövlət büdcəsinin icrasında yaranan
kəsir ÜDM-in 3,2 faizini təşkil edəcək. Bununla belə, gələn il
dövlət büdcəsinin profisiti ÜDM-in 1 faizinə bərabər olacaq.
2019-2020-ci illərdə isə dövlət büdcəsinin icrası zamanı yaranacaq
profisit ÜDM-in 2,5 faizini təşkil edəcək.
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Avropa13:20Keçmiş xarici işlər nazirindən proqnoz: Avropa yeni müharibəyə doğru irəliləyir
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu








.jpg)

















.jpg)





.jpg)




