• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

Çin dolların devrilməsi üçün güclü addım atarsa... - ŞƏRH

  • Təhlil
  • 25 Oktyabr 2017 20:00
  • 2 810 Baxış
Çin dolların devrilməsi üçün güclü addım atarsa... - ŞƏRH

Çin dolların qlobal hökmranlığına son qoymaq üçün ciddi addım atmaq niyyətindədir və proses artıq bu il baş verə bilər.

Publika.az bildirir ki, bu haqda CNBC telekanalının materialında deyilir.

Çinin yeni strategiyasına əsasən yaxın aylarda neft müqavilələri Çin pul vahidi yuanla işə salınacaq. Pekində ümid edirlər ki, əgər yeni strategiya geniş yayılacaqsa, o zaman dünyanın ən güclü valyutası kimi dolların statusunu xeyli azaldacaq.

Çin dünyada neftin ən böyük idxalatçısıdır və Pekin məntiqli olaraq hesab edir ki, onun valyutası ən əhəmiyyətli məhsulun qiymət təyin etmə birjalarında iştirak etməlidir. Bundan əlavə, dollardan imtina Çin və Rusiya kimi ölkələr üçün strateji prioritetdir. ABŞ valyutasından asıllılığı azaltmaq, valyuta risklərini məhdudlaşdırmaq onları bir növ ABŞ sanksiyalarının təhdidlərindən qoruyacaq, - CNBC şərh edir.

Pekin planlaşdırır ki, yuanla bağlanan neft müqavilələrini Şanxay birjasında qızıla konvertasiya etmək mümkün olacaq, amma bu uzun və çətin yol olacaq, - məqalədə bildirilir.

Vaşinqtonda qlobal təhlükəsizlik analizi institutunun direktoru Qal Lüftün sözlərinə görə, bu hadisə "buz dövrünün" başlanğıcının daha bir əlaməti olacaq. O, dolların məzənnəsinin düşməsini nəzərdə tutur.

Eyni zamanda, Çin vurğulayır ki, onlar planı daha geniş formada reallaşdırmaq niyyətindədirlər. Belə ki, digər xammalları da yuanlarla ticarət etməyi düşünürlər. Buna görə də, Çin düşünür ki, bu istiqamətdə neft müqavilələri ilə bağlı ilk addım Pekin üçün çox əhəmiyyətlidir.

Bununla yanaşı gözlənilir ki, Rusiya bu prosesə fəal qoşulacaq. Yaxın Şərq və Asiyadan olan neft təchizatçıları da artıq neft üçün yuan qəbul etməyə etiraz etmirlər.

"ABŞ-ın təsiri azalır", - “Swiss Asia Capital”ın aktivlərinin idarə olunması üzrə direktor və əsas investisiya meneceri Yurq Kiner qeyd edir - "İraq, Rusiya və İndoneziya artıq dollarsız sazişlərə qoşulub".

Onun sözlərinə görə, neftyuanı yaxşı inkişaf edib və artıq bazar strukturunda öz yerini tutub. "Çünki Çin idxalatçıdır, o, müqavilələrin yuanda olmasına inadla nail olacaq", - Kiner fikrini yekunlaşdırıb.

Zaur H.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR