• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

  • Video
  • 28 İyun 2017 04:00
  • 1 109 Baxış
Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..."

Türkiyənin əsas cənnət guşələrindən biri sayılan Fethiyeyə 2009-cu ildə gələn pilot insanlara sözün əsl mənasında dəhşətli anlar yaşadıb.

Publika.az xəbər verir ki, pilot buraya istirahət üçün gələn turistlərə maraqlı təkliflər edir.

Qorxu və həyəcanı həyatının ayrılmaz parçasına çevirən 31 yaşlı pilot Hikmət Firudin göy üzündə inanılmaz akrobatik hərəkətlər sərgiləyərək insanlara adrenalin dolu anlar yaşadır.

O hesab edir ki, adrenalin bir turistin əsas istirahət mənbəyi olmalıdır: "Mən insanlardan soruşuram: “Mənimlə adrenalin yaşamaq istərdinizmi?” Razılaşırlarsa, mən onlarla birlikdə səmada müxtəlif akrobatik hərəkətləri sərgiləyirəm. Düzdür, onlar qorxurlar. Bu zaman sadəcə hərəkərləri saxlayıb sabit uçuşa keçirik”.

Akrobatik hərəkətlər zamanı sərnişinləri ilə birlikdə həyəcanlandığını ifadə edən Hikmət onların qışqırıq səslərindan qorxduğunu da gizlətməyib: “Bəzən o qədər emosional sərnişinlər olur ki, onların həyəcanı mənə keçir. Bir anlıq qorxuram. Doqquz ildir bu işi görürəm, hələ heç bir itki olmayıb. Ən pis ehtimalda baş gicəllənməsi və qusma halları yaşanır”.

Demək olar ki, bütün sərnişinləri ilə uçuşları lentə alan Hikmət onunla səmada adrenalin yaşamaq istəyən hər kəsi Fethiyeyə dəvət edir.

Könül Cəfərli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR