Yazarlar
Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz
Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Süleyman Rüstəmin doğum günüdür. Onun Cənub şeirləri milli ruhun oyanışında çox böyük rol oynayıb. Süleyman Rüstəmin adı Azərbaycan ədəbiyyatı tarixinə həkk olunub.
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olub. ADU-nun (indiki BDU) şərq fakültəsinə daxil olmuşdur, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSR birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Sovetski pisatel" nəşriyyatının redaksiya heyətlərinə üzv seçilib.
Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunub. Azərbaycan SSR Ali Sovetinin sədri olub.
Süleyman Rüstəm Əməkdar İncəsənət xadimi, Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülüb.
Şair 1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.
Şairi öz misralarıyla xatırlayaq.
Axtararsınız
Bir gün yadınıza düşərsəm, məni,
Bu doğma ellərdə axtararsınız.
Beş-altı nəğmənin müəllifini,
Sevən könüllərdə axtararsınız.
İlk bahar çağında
İsa bulağında,
Araz qırağında,
Sonalı göllərdə axtararsınız.
Gözəllər gözəlim, vətəndir, vətən,
Nə duman görəcək, amalım, nə çən.
Məni, karvan-karvan mənalı keçən,
Aylarda, illərdə axtararsınız.
Görən gözümü,
Ürək sözümü,
Mənim özümü
Nəğməli dillərdə axtararsınız!
-
ABŞ04:14Ağ Evin ətrafında tətbiq edilən izolyasiya rejimi ləğv edildi
-
Magazin101:41Elçin villasından paylaşım etdi - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzü ərköyünləşdirə bilərsiniz
-
Region23 May 23:12Tehran "Hizbullah"la bağlı qərar verdi
-
Magazin123 May 22:4852 yaşlı aktrisa cazibədarlığı ilə göz oxşadı - FOTO
-
Qarabağ 23 May 22:24Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir - FOTO
-
Magazin223 May 22:00Şərab zavodunda dekolteli ağ libasda pozalar verdi - FOTO
-
İdman23 May 20:48“Anam kimi adam öldürməmişəm”







































