Yazarlar
Azər Turanın "Əli bəy Hüseynzadə" kitabının təqdimatı oldu
Publika.az-ın məlumatına görə 13 mart 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Əli bəy Hüseynzadənin 150 illik yubileyi və araşdırmaçı-türkoloq Azər Turanın yenicə çapdan çıxmış “Əli bəy Hüseynzadə” adlı kitabının təqdimatı keçirildi. Görkəmli elm və sənət adamlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Mükafatı laureatı, professor Nizaməddin Şəmsizadə Əli bəy Hüseynzadənin böyük elmi-ədəbi irsindən, milli mücadilə yolunda əvəzsiz xidmətlərindən danışdı. Azər Turanın Əli bəy irsinin araşdırılmasında əvəzsiz xidmətlərini yüksək dəyərləndirdi.
Tədbirdə AYB sədri, xalq yazıçısı Anar, Milli Məclisin üzvü, AMEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov, AYB-nin katibi Arif Əmrahoğlu, Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Fəridə Məmmədova, fəlsəfə elmləri doktoru Rahid Ulusel, şair Oktay Rza, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Adil Cəmil və digər natiqlər Əli bəy Hüseynzadənin türk dünyası tarixindəki önəmli rolundan danışdılar. Sonda söz “Əli bəy Hüseynzadə” kitabının müəllifi Azər Turana verildi. A. Turan isə ideoloq, həkim, tibb professoru, ədib, tərcüməçi, rəssam, “türkləşmək, islamlaşmaq, Avropalaşmaq” triadasının müəllifi, türkçülüyün qurucusu Əli bəy Hüseynzadə barədə tarixi qaynaqların daha dərindən araşdırılmasının zəruriliyindən danışdı. Öz çıxışını Abdulla Cövdətin 1908-ci ildə Əli bəy Hüseynzadə barədə yazdığı “Ehyayi-la yəmut. Həkim, ədib Əli bəy Hüseynzadə” məqaləsini tədbir iştirakçılarının diqqətinə çatdırmaqla yekunlaşdırdı.
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO





































