Yazarlar
Bir şərtlə ki, intihar etməyin!
Dostumla kitab evində dünya ədəbiyyatından oxumadığımız kitablarla maraqlanırdıq. Pulumuz az olduğundan seçimimiz gecikirdi. Nəhayət qərar verib Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərini aldıq. Bu roman dünya ədəbiyyatının şah əsərlərindəndir. “Çovdarlıqda uçurumdan qoruyan” öz çılğınlığı, kreativ görünüşüylə gənclik dönəmini xarakterizə edən şedevr nümunəsidir.
Oxuyanlara da eyni hissləri yaşatdığını dəqiq bilirəm. Bir gənc insanın baxışıyla dünyanı izləyən Selincerin ortaya qoyduğu düşüncə bəşəri duyğularla hesablaşır. İnsan bütün məqamlarda tənhalıqla baş-başa qalır.
“Çovdarlıqda uçurumdan qoruyan” bizim romanımızdı. Bu romanı oxumağımız özümüzü, ətrafımızı, dünyanı, hadisələri qavramağımıza kömək edir. İnsanın saxtalığı, ikiüzlülüyü, yalançılığı əsərin baş qəhrəmanı Holden Kolflidlə üz-üzə qalır. Axı, hamımız eyni anları, eyni hissləri dəfələrlə yaşamışıq. Gördüyümüz, şahid olduğumuz mənzərələri aydınlaşdırmaq bizim üçün qaranlıq qalıb. Hər şeyə gənc, təp-təzə duyğularla yanaşmışıq. Holden Kolflid bu mənada özünü xilas etməyin yollarını axtarır. O, heç yerdə qərar tuta bilmir, onun həyatda istədiyi tək şey olduğu, göründüyü kimi yaşamaqdır.
Biz gənclər bu əsərdə özümüzün gerçək simamızı görürük. Romandakı baş qəhrəman Holden Kolfilid (əsər onun dilindən danışılır) qeyri-adi bir uşaqdır. Neçə dəfə başqa-başqa məktəblərdən qovulur, heç kimi bəyənmir, öz həmyaşıdları ilə tutaşır. Hər kəsin mənfi cəhəti onu yaman əsəbiləşdirir. Hər şeyə fikir verir. Bir sözlə bu uşaq kənardan baxıldıqda özünü sevən, başqa heç kimdən xoşu gəlməyən eqoist bir insan təəssüratı yaradır. Romanın sonunda həmin bu eqoist uşaq—Holden Kolfilid tək-tənha qalır. Yağışlı havada parkdakı stulda əyləşib fikirləşir: “İnanmazdım ki, bir gün tək qalacam və inanmazdım ki, bir gün gələcək zəhləm getdiyi insanlar üçün də darıxacam”.
Holden fikirlərinin tənhalığını yaşadığı üçün gedəcək bir yer tapa bilmir.
Əsər qısa zamanda 60 min nüsxə ilə satılıb. Araşdırmalara görə romanı oxuyan amerikalı gənclərdən bəziləri intihar edib. Hətta “Beatles” qrupunun solisti Con Lennonun qatilinin üzərində də bu kitab tapılıb. Təbii ki, “Çovdarlıqda uçurumdan qoruyan” əsəri bir vaxtlar qadağan edilmiş kitablardan idi.
Bu əsəri gənclərə, yeniyetmələrə tövsiyyə edərdim. Ancaq bir şərtlə ki, intihar etməyin!
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















