Yazarlar
Ayrılıqdan doğan başlanğıc – Nabokovun nakam məhəbbəti
Araşdırmaçıların dediyinə görə Vladimir Nabokovun “Başqa sahil” adlı hekayəsi Peterburqdakı malikanədə baş verib. Çoxlarına məlum deyil ki, həmin malikanənin eyvanında on altı yaşlı gənc Nabokov Vale Şulqinlə qarşılaşır. Bu təsadüfün sirli olması ondadır ki, sonradan Nabokovun Lolita obrazı məhz həmin insanla qarşılaşmasından yaranacaqdı...
Sirli qarşılaşma
Nabokov “Lolitası”nı belə xatırlayırdı: “Onun boyu elə də uca deyildi, həvəsli görünür, yerişindən-duruşundan zirək birinə oxşayırdı. Bu da onun gözəlliyinə bir az da incəlik, zəriflik, canlılıq gətirirdi. Onun məzəsi, qəribə, qeyri-ixtiyari gülüşü, tez-tələsik danışığı, sözləri düzgün tələffüz etməməsi, düppədüz, ağappaq dişləri, saçı, doluxsunmuş gözləri, zərif sinəsi, köhnə tufliləri, kiçik, donqar burnu, şirin, xoşagələn qoxusu – bütün bunlar bir-birinə qarışaraq göz oxşayan zəif bir dumanı ortaya çıxardır. Hansı ki, bu duman indi mənim hisslərimi dörd tərəfdən bürüyüb”, - yazıçı Şulqinlə görüşü barədə gündəliyində yazır.
Gənclər 1916-cı ilin yayında qarşılaşırlar. Onda Nabokovun on altı yaşı vardı. Qız ondan bir neçə ay balacaydı. Bu qarşılaşma Şulqində böyük, yaddan çıxmaz bir təəssürat oyatdığından o, Nabokovla görüşməyi qərara alır. Malikanədə bir-birini görən cütlüyün taleyinə hamını çaş-baş qoyacaq bir sevgi yazılır. Onu da deyək ki, bu malikanə Nabokova homoseksual əmisindən miras qalmışdı. Vasiliy Rukavişnik ismində olan Nabokovun əmisi uşaq sahibi olmadan dünyadan köçmüşdü.
Şulqin Nabokovun göz bəbəyi olan malikanədən 4-5 metr aralıdakı yerə öz doğmalarını yerləşdirmişdi. Ata-anasının Nabokovla oturub-durmasını, söhbətləşməsini düşünən qızın bu istəyini gələcəyin yazıçısı ağlına belə gətirməmişdi. Bütün bunlarla yanaşı, Nabokov xoşbəxt idi. O, yaşca Şulqindən balaca olsa da, bu sirrli əlaqəni kəsmək istəmirdi. Çünki Valini, gördüyü ilk qadını sevirdi... Bu sevgi Nabokova yaradıcılıq həyatı da verdi: gələcəyin yazıçısı “Başqa sahillər”i yazmağa başlamışdı.
İntim mövzu haqqında söhbət
Malikanədə işləyən tərbiyəçinin bir dəfə Nabokovu axtarması gizli sevginin üzə çıxmasına səbəb olur. Özündən çıxmış gənc Nabokov tərbiyəçidən anasına şikayət edir.
Sonrakı gün Nabokov öz atasıyla ciddi söhbət etməyi qərara alır. Kitabxanadan ayrılıb gələn gələcəyin yazıçının sualı atasını təəccübləndirir: “Qadınla necə hərəkət etmək lazımdır ki, hamilə qalsın?” Təəccüblənmiş Vladimir Dmitreviç oğlunu xeyli təənbeh edir.
Ayrılıq...
İnqilab dövrü yetişənə qədər böyük bir zaman kəsimində Nabokovla Valeninn sevgi macərası davam edir. Yazıçı axırıncı dəfə qatardakı görüşdən belə yazırdı: “Qışın oğlan çağında, səbəbini aydınlaşdıra bilmədiyimiz ayrılıqdan sonra onu qatarda yenidən gördüm. Bir neçə dəqiqə, stansiya ötüb keçənə qədər ikimizdə eləcə vaqonda yanaşı durduq. Mən əvvəllər heç keçirmədiyim dəhşətli bir həyacan içindəydim. Ona olan sevgimə görə içimdə hər şey qarma-qarışıq bir hal almışdı - təəssüf, təəccüb, xəcalət və fantastik bir uydurma...”
Bu onların son görüşü olur. Bundan sonra gənclər bir daha qarşılaşmadılar.
Vale inqilab dövründə Petroqrada yollandı və orda qarşılaşdığı çekistlə evləndi. Bu hadisəni eşidən Nabokov isə həyatında ilk dəfə ağır bir kədərin içinə yuvarlandı...
Bu onun yaradıcı taleyi idi...
Oğuz Ayvaz
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















