Yazarlar
Gənc yazarla Sumqayıtda görüş keçirildi
Rüfət Əhmədzadə ilə görüş Gənclər Fondunun dəstəyi ilə baş tutdu
Sumqayıt şəhərində, İnsan Hüquqlarının Tədrisi üzrə Resurs və Təlim Mərkəzində gənc yazar-tərcüməçi, Hədəf Nəşrlərinin redaktoru Rüfət Əhmədzadə ilə görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc yazarların Sumqayıtda imza günləri” layihəsi çərçivəsində baş tutub.
Sumqayıtlı oxuculara öz yaradıcılığından danışan Rüfət Əhmədzadə onlarla ədəbiyyata dair fikirlərini də bölüşüb, yazarlıq arzusunda olan görüş iştirakçılarına tövsiyələrini verib.
Daha sonra yazıçı özünün “Adım anonim qalsın” kitabını gənclərə təqdim edib, eyni zamanda koordinatoru olduğu “Anamın kitabı” Ədəbi Mükafatı və pyes müsabiqəsindən bəhs edib. Müəllif görüşdə iştirak edən gənclərə öz imzası ilə kitablar hədiyyə edib.
Tədbirdə Sumqayıtda yaşayan gənc yazarlar Aydın Şahid və Günel Eyvazlı da iştirak ediblər.
Layihənin rəhbəri Türkan Rəhimova bildirib ki, “Gənc yazarların Sumqayıtda imza günləri” layihəsinin həyata keçirilməsində məqsəd gənc yazarların görüşlərini keçirtməklə onların tanıtımına nail olmaq və gənclər arasında kitaba olan marağı artırmaqdır. Onun sözlərinə görə, Sumqayıtda başqa gənc yazarların da imza günlərinin keçirilməsi nəzərdə tutulur.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














