Yazarlar
İranın rəngi
Dünya kinosuna adını qızıl hərflərlə yazdıran bir çox filmər var. Abbas Kiaorostami, Məcid Məcidi, Əsgər Fərhadi, Mohsen Mahmalbaf, Samirə Mahmalbaf kimi möhtəşəm rejissorlar İran mədəniyyətini, cəmiyyətini filmlərində əks etdirirlər. Sözün həqiqi mənasında onların filmlərinə baxandan sonra uzun müddət özümə gələ bilmirəm.
Abbas Kiarostaminin “Gilasın dadı” filmində intihar etmək istəyən bir adamın hekayəsindən bəhs edilir. Qəhrəman maşını ilə yoldan keçən adamlardan məzarının üstünə torpaq atması üçün dil-ağız edir, üstəlik yaxşı pul da vəd edir. Üç adamla ünsiyyətdə olur, yalnız biri onun təklifini qəbul edir. Təklifi qəbul edən qoca türk kişisi bir gün sübh tezdən tut ağacından özünü asmaq istəməyindən danışır: “Tut ağacına dırmaşdım. Günəş yenicə doğurdu. Tutun qoxusu burnumu deşirdi. Dadına baxdım. Çox xoşuma gəldi. Yeməyə başladım. Bir də gördüm ki, gün parıldayır, quşların cikkiltisi qulaqlarımda cingildəyir. Məktəbə gedən uşaqlar ağacın ətrafında peyda oldu. Onlar da tut istədilər. Ağacı silkələdim. Uşaqlar da yedi. Sonra bir vedrə tut yığıb arvadıma, uşaqlarıma apardım və beləcə intihar etməyi unutdum. Bir tut həyatımı xilas etdi”.
Məcid Məcidi isə iki cüt ayaqqabıdan “Cənnətin uşaqları” kimi möhtəşəm ekran əsəri yaradıb. Ayaqqabılarla İran cəmiyyətini, yoxsulluğu, kişi və qadınların ayrı bir dünyada yaşadıqlarını ustalıqla göstərib. Başqa bir filmində isə kor bir uşağın Allahı axtarmasından danışır. Bu film isə “Cənnətin rəngi”dir. Filmdə gözdən əlil uşağın ustasına dediyi sözlər beynimdə qəfəsdə çırpınan quş kimi var-gəl etmişdi: “Allahı tapana qədər əllərimlə hər yerə toxunacam və tapanda da ürəyim daxil hər şeyi ona danışacam”.
Əsgər Fərhadinin filmləri isə başqa bir rəngdədir. Onun filmlərində obrazlar xəyanətlə, yalanla üz-üzə gəlir. Yəqin “Ayrılıq” filminə çoxunuz baxmısınız. Rejissor İranda insanları iki yerə bölür: kişiyə və qadına. Rejissor qadınla kişinin ayrılmaq fonunda İranın varlı ailəsi ilə kasıb təbəqəsinin çarpışmasından bəhs edir. Heç bir günahı olmayan insanlar bir-birinə qəfil düşmən olurlar. Əslində günah heç kimdədir, günah cəmiyyətin qadağaları və çərçivələridir. Filmdə bir epizod var: Qulluqçu xəstə və yaşlı qocanı soyundurub nəcisli şalvarını təmizləməlidir. Ancaq günahdan çəkinən qadın dini quruma zəng edib məsləhət etdikdən sonra qocanı yuyundurur.
Samirə Mahmalbaf isə ilk filmini 20 yaşında lentə alıb. “Qara taxtalar” filmi ilə Kann kino festivalında mükafat belə qazanıb. Film haqda danışmaq istəmirəm, mütləq izləyin.
Bəzən deyirlər ki, qarmaşıq süjetlər, gözlənilməz sürprizlər olsa, film maraqlı olar. İran kinosu qəfil açılan güllə kimi bizə bu həqiqəti pıçıldadı: “İnsanların öz doğma yerlərində yaşayışını göstərməyi bacarmaq elə əsl sənət nümunəsidir”.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















