Yazarlar
Qarabağdakı şiələr
Şiə din xadimi əl-Nimrinin edamı ilə başlanan İran-Səudiyyə qalmaqalı hər ötən gün yeni bir çalar qazanır.
Dünən İranın Nazirlər Kabinetinin Prezident Həsən Ruhaninin başçılığı ilə keçirdiyi fövqəladə toplantıda bir sıra qərarlar qəbul edilib. Belə ki, Səudiyyə Ərəbistanda istehsal olunan və ya bu ölkədən ixrac edilən malların İranın bütün gömrük və sərhəd buraxılış məntəqələrindən ölkəyə girişini qadağan edib, eləcə də, Ümrə və Həcc ziyarətləri dayandırılması qərara alınıb.
Həmçinin İran hökuməti Səudiyyə Ərəbistanını Yəmənin paytaxtı Sana şəhərindəki İran səfirliyinin binasını bombalamaqda ittiham edib.
Təbii ki, İranın şiə dünyasının liderliyi rolunu üstlənməsi onu Səudiyyəyə qarşı müəyyən bəyanatlar verməyə, sərt mövqe göstərməyə səbəb verir. Necə ki, sünni Suriyadakı şiə Bəşər Əsədin müdafiəsi yolunda generallarının canından da keçən İran hələ də bu mövqeyində israrlıdır. Həmçinin İraqda şiə hökumətin güclənməsi, bu hökumətin İŞİD-lə mübarizə aparması üçün hərbi dəstək verməsi bu qəbildəndir.
Amma bütün bunların arxasında şiə təəssübkeşliyi deyil, regional geopolitik maraqlar dayanır ki, hazırda İranı Rusiya ilə bir cəbhədə birləşməyə vadar edən də elə budur.
İranın dərdi şiə müsəlmanlar olsaydı, sərhədində baş verən müharibəyə görə, əhalisinin əksəriyyətini şiələr təşkil edən müsəlman bir ölkənin maraqlarını beynəlxalq aləmdə və bölgədə israrla müdafiə edər, işğalçı, xristian bir ölkəyə qarşı sərt sanksiyalara əl atar, Pakistan kimi hər hansı bir diplomatik əlaqələr qurmazdı.
İran şiə təəssübkeşi olsaydı, Qarabağda dağıdılan, murdarlanan onlarla şiə məscidinə, yüz minlərlə şiə müsəlmanın köçkün düşməsinə görə ayətullahlar səviyyəsində rəsmi İrəvanı lənətləyər, bu ölkənin hava almaması, təcriddə qalıb işğal faktına son qoyması üçün əlindən gələni edərdi.
Eləcə də, iranlı ayətullahların şiə dərdi olsaydı, davamlı hökumətlərini Ermənistana qarşı qaldırar, bu ölkəni küfr elan edər, islamın və müsəlmanların düşməni kimi təqdim edər, “bir müsəlmanı öldürmək, bütün insanlığı öldürməkdir” fikrini rəhbər tutaraq minlərlə müsəlman azərbaycanlının ölümünə səbəb olan bir rejimə açıq savaş elan edərdilər.
Azərbaycanın İrana qarşı sərgilədiyi dost münasibətin müqabilində İran tərəfi ondan gözlənilən addımları atmır, nəticədə İranın bu gün dünya şiələrinin müdafiəçisi kimi çıxış etməsi çox da uzun çəkməyəcək.
Çünki Səudiyyə Ərəbistanının arxasında ABŞ, ərəb ölkələrinin koalisiyası və dolayısı ilə Avropa dayanıb. İran isə bu gün özünü sanksiyalardan xilas etmək üçün müxtəlif vasitələr axtaran Rusiyaya möhtac durumdadır.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















