Yazarlar
18 yazarın hekayəsi ingilis dilində - SİYAHI
Jurnalist Ekspert Mərkəzi (JEM) “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” layihəsinin ikinci mərhələsinə başlayıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.
JEM-in sədri Ceyhun Musaoğlunun verdiyi məlumata görə, birinci mərhələdə təşkilatın üzvü olan tanınmış jurnalistlər istedadı, peşəkarlığı və oxucu dairəsinin genişliyi ilə fərqlənən yazarların hekayələrini seçib: “Plana görə, hekayələri seçib, ingilis dilində kitab nəşr etməliyik. Kitablar ölkəmizdəki səfirliklərə, beynəlxalq təşkilatlara, xarci şirkətlərə hədiyyə veriləcək. Bununla yanaşı, xaricə işgüzar səfər edən QHT əməkdaşları da həmin kitabları əcnəbi həmkarlarına bağışlayacaqlar. Artıq hekayələr seçilib. Oxucuların tanıdığı və zövqlə oxuduqları 18 yazarın kitaba salınacaq hekayələri müəyyənləşdirilib”.
C.Musaoğlunun sözlərinə görə, hekayələr tərcümə olunub. Layihənin əsas tərcüməçisi Sevil Gültəndi. Azərbaycan Dillər Universitetinin məzunu olan Sevil xanım uzun illərdi tərcüməçiliklə məşğuldur. Azərbaycan dilindən ingilis dilinə 20-dən çox kitab tərcümə edib. O, tərcüməçi kimi prezident təqaüdü alıb. Bununla yanaşı hekayələrdən bir neçəsi Kamran Nəzirli, Esmira Serova, Xəqani Əliyevin tərcümələrində təqdim olunacaq.
Hazırda hekayələr redaktə olunma mərhələsindədir. JEM sədri onu da bidirdi ki, kitabın redaktoru Marta Lawrydir. ABŞ-ın Ohayo ştatından olan Marta Lawry Xəzər Universitetində işləyir. O, tərcümə olunmuş çox sayda kitabın redaktəsini edib.
C.Musaoğlu kitabda əsərləri yer alacaq yazarlarımızı və onların ingilis dilinə tərcümə olunacaq hekayələrinin adını saytımıza təqdim etdi. Həmin siyahını diqqətinizə çatdırırıq:
Musa Quliyev ( Urud) - “Uruda iki səfər”
Əgdər Ol - “Kamança”
Rəşad Məcid - “10 sentyabr”
Səlim Babullaoğlu - “Yağışlı axşamların birində”.
Məqsəd Nur - “Ud”
Afaq Şıxlı - “Bir insan ömrünün son gecəsi”
Şahnaz Kamalova - “Savalan”
Kamran Nəzirli - “Ağ ev”
Xalid Kazımlı - ““Pəncşir aslanı”nın bənzəri”
Kənan Hacı - “Boz ilan”
Şərif Ağayar - “Anaxanım”
Natiq Məmmədli - “Xəlbir”
İlqar Rəsul - “Xərçəng və qırmızı tramvay”
Azər Abdulla - “Bazarlıq”
Qan Turalı - “Gənc qadının və Şaxta babanın qətli”
Fəxri Uğurlu - “Leylinin məcnunluğu”
Vüsalə Məmmədova - “Rəngləyən”
Nicat Qafuroğlu - “O”
JEM-sədri açıqlamasında xüsusi olaraq onu da vurğulayıb ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdı. Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanda ədəbi mühit olduğunu xarici oxucuya çatdırmaq, onlara bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını göstərməkdir.
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı



















.webp)














.jpg)

