Yazarlar
Elçin Hüseynbəyli təqdim olundu
Bu gün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan
Nəşriyyatında yerləşən “Ədəbiyyat qəzeti”nin redaksiyasında
olublar.
Baş redaktor vəzifəsinə yeni təyin edilmiş Elçin Hüseynbəylinin
redaksiya kollektivinə təqdim edilməsi üçün toplantı təşkil olunub.
Toplantıda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birinci
katib Fikrət Qoca, katiblər Çingiz Abdullayev, Arif Əmrahoğlu,
Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza,“Ədəbiyyat
qəzeti”nin yeni baş redaktoru Elçin Hüseynbəyli və qəzetin
redaksiya heyəti iştirak ediblər.
AYB sədri Anar çıxış edərək keçmiş baş redaktor Ayaz Vəfalının
səhhəti ilə əlqədar öz ərizəsilə işdən azad olunduğunu və daha
sonra katibliyin iclasında yekdilliklə Elçin Hüseynbəylinin baş
redaktor təyin edildiyini vurğulayıb. O, “Elçin on ildir ki, Ulduz
jurnalının” baş redaktorudur. Bu on ildə etimadları doğruldub və
işinin öhdəsindən layiqincə gəlib. İnanırıq ki, yeni vəzifəsində də
özünü subut etməyi bacaracaq” deyə bildirib.
Daha sonra “Ədəbiyat qəzeti”nin əməkdaşları yeni baş redaktoru təbrik ediblər. Sonda qəzetin baş redaktoru Elçin Hüseynbəyli çıxış edərək rəhbərliyə ona etimad göstərildiyi üçün minnətdarlığını bildirərək görəcəyi işlərdən söz açıb. “Ədəbiyyat qəzeti”nin istər fotmatında, istərəsə də materiallarında tezliklə ciddi dəyişikliklər ediləcək.” /ayb.az/
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı



















.webp)














.jpg)

