Yazarlar
İsmayıl Şıxlının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin
təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında
Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının 95 illik yubileyinə
həsr olunmuş “Sənətkar və zaman” adlı tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
publisist, tərcüməçi Elmira Axundova, Azərbaycan Jurnalistlər
Birliyinin sədri, “Ayna” (“Zerkalo”) qəzetinin baş redaktoru Elçin
Şıxlı, professor, filologiya elmləri doktoru Əzizxan Tanrıverdi,
kinorejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev, Azərbaycan
Respublikasının əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi
Aydın Kazımzadə, “Azərbaycan” jurnalının baş redaktoru, əməkdar
incəsənət xadimi, tənqidçi, tərcüməçi İntiqam Qasımzadə, Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərinin direktorları, digər tanınmış elm və sənət
adamları, o cümlədən, kitabxananın oxucuları iştirak etdilər.
Tədbirdə Şıxlı ocağına bələd olan insanların görkəmli sənətkar
haqqında xoş xatirələri və maraqlı təəssüratları dinlənildi, onun
insani keyfiyyətlərindən söhbət açıldı.
Həmçinin, “Dəli Kür” filmindən parçalar nümayiş etdirildi,
İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş “İsmayıl
Şıxlı - 95” adlı videoçarx və kitab sərgisi təqdim olundu.
baku-art.az
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ












.webp)










.jpg)














