Yazarlar
Suat Turqutun "İbad” romanının təqdimatı olacaq
Qarabağ müharibəsinin canlı əfsanəsi, "Azərbaycan bayrağı”
ordenli İbad Hüseynova həsr olunmuş sənədli cizgi romanının
təqdimatı keçiriləcək.
Hədəf Nəşrlərindən Publika.az-a verilən məlumata görə,
Azərbaycan, türk və rus dillərində nəşr olunmuş "İbad” sənədli
cizgi romanının müəllifi Suat Turqut, Azərbaycan dilinə tərcüməçisi
Şəmil Sadiq, redaktoru Rüfət Əhmədzadədir.
Yaxın zamanlarda kitabın ispan, alman, macar, yunan və erməni
dillərinə də tərcüməsi planlaşdırılır.
Kitab Hədəf Nəşrləri ilə əməkdaşlıq çərçivəsində işıq üzü görüb. "İbad”romanının təqdimatı aprelin 4-də saat 12:00-da Bakı Atatürk Mərkəzində baş tutacaq.
Aprelin 5-də isə saat 11:00-da "Kitabevim.Az” Kitab Marketində Suat Turqutun imza günü və İbad Hüseynovla
görüş baş tutacaq.
Erməni terrorçusu Monte Melkonyanı məhv etməsiylə məşhur olan İbad Hüseynova həsr olunmuş bu romanda yalnız Qarabağ müharibəsi yox, Azərbaycan, Türkiyə və ümumiyyətlə, Türk dünyasının tarixində baş verən önəmli hadisələrə toxunulmuş, böyük şəxsiyyətlərdən söz açılmışdır.
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













