Yazarlar
Şair Arif Buzovnalının “Seçilmiş əsərləri”nin təqdimatı olub - Fotolar
Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Arif Buzovnalının “Seçilmiş əsərləri” nin təqdimat mərasimi keçirilib.
SalamNews xəbər verir ki, təqdimata müxtəlif zümrədən olan poeziya həvəskarları toplaşıblar. “Ulduz” jurnalı baş redaktorunun müavini İlqar Fəhmi Azərbaycanda əruz vəznində yazan yeni dövr şairləri olan Həkim Qəni, Hacı Mail, Ələmdar Mahir və digər klassik poeziya biliciləri ilə yanaşı, gənc ədib Arif Buzovnalının da əruz vəznini qoruyub inkişaf etdirməyindən söz açıb. Bildirilib ki, son zamanlar əruzun müxtəlif bəhrlərində şeir nümunələri yaradan A.Buzovnalının əsərləri indiki gənclər üçün ustad dərsləri rolunu oynaya bilər.
Mərasimdə çıxış edən Hacı Mirəziz Seyyidzadə çıxışından sonra qələm dostuna həsr etdiyi şeirini oxuyub. Şair Azər və digər poeziya mütəxəssisləri Arif Buzovnalının yaradıcılıq məziyyətlərindən, insani keyfiyyətlərində söz açıblar.
Arif Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. Kiçik yaşlarından milli şeirə, onun qəzəl janrına həvəs göstərib. Müxtəlif illərdə beş şeir kitabını çap etdirib. Hazırda Buzovna mədəniyyət evində bədii rəhbər işləyir.
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













