Yazarlar
Britaniya Avropa Birliyindən ayrılır, özünün gələcək taleyi
İngiltərədə təşkil edilən Brexit (Breksit) referendumunda seçicilərin 51,9 faizi “xeyr” cavabı verib. Tarixi referendumda ingilis xalqı “İngiltərə Avropa Birliyi üzvü olaraq qalmalımı, yoxsa AB-dən ayrılmalımı?” sualına “ayrılmalıdır” cavabını verib. Seçkilərdə iştirakın olduqca yüksək, 72,2 faiz olduğu referendumun nəticələrinin müəyyən olmağa başladığı saatlardan bu yana ingilis poundu tarixi bir eniş yaşayır. Pound, səslərin sayılmasına başlanmasından bu yana 9% nisbətində dəyərini itirib, bu son 30 ildəki ən aşağı göstəricidir.
Britaniya Baş naziri David Cameron (Devid Kəmeron), referendum nəticələrinin ardından istefasını açıqlayıb. Payızda vəzifəsindən ayrılacağını ifadə edən Cameron, o zamana qədər ölkə iqtisadiyyatını yenidən sabitliyə soxmağı və Avropa Birliyindən çıxış müzakirələrini icra etməyi hədəfləyir.
Britaniya AB-dən çıxır, nələr baş verəcək?
Lissabon Anlaşmasının 50-ci maddəsi AB-dən ayrılma müddətindən danışır. Bu günə qədər heç bir AB üzvü olan ölkə, Birliyi tərk etmədiyi üçün bu maddə ilk dəfə istifadə olunacaq.
Bu maddədə ayrılma prosesi bu cür işləyir:
• Baş nazirin ölkənin ayrılması barədə AB-ni çəkilmə planından dərhal xəbərdar etməsi lazımdır.
•Ardından müzakirələr başlayır və İngiltərənin digər 27 AB üzvü ölkələrilə gələcəkdəki əlaqələri üzərinə müzakirələr keçirilir.
•Avropalı liderlər və Avropa Parlamenti uzlaşma razılaşması hazırlayaraq bu razılaşmanın milli parlamentlər tərəfindən təsdiqlənməsini istəyə bilər.
•Birləşmiş Krallıq AB tərəfindən edilən görüşlərdə yer ala bilməməsi ilə yanaşı, təqdim edilən son şərtlərdə heç bir söz haqqı sahib olmayacaq.
•AB anlaşmalarının, İngiltərənin yeni statusunu da əhatəsi üçün dəyişiklik edilməsi lazım olacaq.
Birliyin üzvü olmadan Avropa Birliyi ilə əhatəli əlaqələrini davam etdirən bəzi ölkələr var. Hər ölkə ilə edilən tənzimləmə bu ölkəyə xas olmaqla birlikdə üstünlük və dezavantajları özü ilə gətirir.
Məsələn, İsveçrə modeli var:
•Avropa Sərbəst Ticarət Birliyi üzvüdür (EFTA)
•İsveçrə AB bazarlarına gömrüksüz daxilolma ixracatlarını davam etdirir
•İsveçrə (məsələn, Çin kimi) AB xarici ölkələrilə ticarət razılaşmaları etməkdə sərbəstdir
•AB xidmət bazarına məhdud daxilolma izni var
•AB maliyyə bazarına haradasa heç daxilolma izni yoxdur
•Sosial və məşğulluq siyasətlərində tamamilə azaddır
•Lakin AB büdcəsinə pul köçürür
•İnsanların sərbəst dövranını qəbul edir
Britaniya İsveçrə kimi AB ilə sərbəst ticarət razılaşması mövzusunda razılaşma əldə edə bilməzsə, Dünya Ticarət Təşkilatı qaydalarına geri dönə bilər.
Yaxşı, Dünya Ticarət Təşkilatı nədir?
•Çox sayda ixracatda aşağı və ya sıfır gömrük vergisi
•Avtomobil, kimyəvi və ya qida kimi sektorlarında gömrük vergisi nisbətən daha yüksək qalacaq
•Maliyyə kimi bəzi xidmət sektorlarında gömrük maneələri daha yüksək olacaq
•Birləşmiş Krallıq vətəndaşların sərbəst dövranını qəbul etmək məcburiyyətində qalmayacaq.
Digər önəmli məsələ barədə kiçik danışmaq istəyirəm.
Şotlandiya regional hökumətinin Baş naziri Nicola Sturgeon (Nikola Starcen) son etdiyi şərhdə bildirmişdi ki, Britaniyanın AB üzvlüyündən çıxacağı təqdirdə Şotlandiyanın da Birləşmiş Krallıqdan ayrılmasını tələb edən bir referendum təşkil edə biləcəyini istisna etməmişdi.
Sturgeon bildirmişdi ki, sırf ingilislərin üzündən Şotlandiya Avropa Birliyinin xaricində qalsa, bir çox insan bu dəfə ‘Durun, biz Avropa Birliyindən çıxmaq istəmirik’ deyəcək.
Sturguen’in öz partiyasının xaricində Yaşıllar Partiyasının da Şotlandiyanın müstəqilliyi üçün təşkil ediləcək referenduma isti baxdığı bilinir.
Birləşmiş Krallığın, AB-dən ayrılmasına Şimali İrlandiyada da böyük reaksiya var. Şimal İrlandiyadakı Sinn Fein (Şin Feyn) partiyası, Şimali İrlandiyanın da, birləşmiş bir İrlandiya üçün referendum edilməsini tələb edir.
İrlandiya Respublikası ilə birləşilməsi üçün referenduma gedilməsini istəyən Sinn Fein’in bəyanatından sonra ortaya çıxan nəticənin Şimal İrlandiyadakı siyasi mühiti tamamilə dəyişdirib.
Partiya, Britaniyanın AB-dən çıxacağı təqdirdə bu ölkənin Şimali İrlandiya xalqının mənfəətlərini təmsil etmə səlahiyyətindən məhrum qalacağını söyləyib.
Bütün bunlardan görünən budur ki, Avropada və dünyada olan qüvvələr nisbətinin gələcək taleyi çox maraqlı olacaq. Demək olar ki, bütün dünya siyasəti dəyişəcək.
Oxumağa davam et
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















