Yazarlar
Əsil sapıq sizlərsiniz
Əmrə Dormanın Tv8-də apardığı proqramda dəyərli bilim adamları Canər Taslaman və Mehmet Okuyan İslamda və Quranda ağılın rolundan danışırlar.
Canər Taslaman görə, İslam dünyasında daha çox bu fikir önə çıxır: ağlı daha çox istifadə edirsənsə, imanın azalır. Ağla qarşı savaş açanlar bu minvalla imanı gücləndirəcəklərini zənn edirlər. Təməlində ağlın yer almadığı imana görə bu günki İslam arealının acınacaqlı vəziyyətinə təəccüblənməmək lazım.
Mehmet Oxuyana görə, Avropada bəzi kilsələrə ibadətə gələn olmur və bir çox hallarda
bunları müsəlmanlar alıb camiyə çevirirlər. Bunu səbəbini belə izah
edirlər ki, xristiyanlar cəmiyyətdə hansısa alimin görüşlərinə
kilsə təmsilçilərinin görüşlərindən daha çox əhəmiyyət verirlər.
Qurana görə, işlədilməyən ağıl yox kimidir. Quranın ağılla bir
problemi yoxdur, ağılı işlətməyən nadanların problemini dinin adına
yazmaq olmaz. Yunus surəsinin 100-cü ayəsində "Allahın izni
olmadıqca, heç bir kimsə iman edə bilməz. Allah, əzabı ağıllarını
işlətməyənlərə verir."
Doğrudan da ötən həftə İstanbulda, dünən Bağdadda ağılsız imançıların törətdikləri qanlı terror hadisələrinin səbəbi yuxarıdakı ayədə tam mənasıyla əksini tapıb. İndi ağıl düşmənlərindən yenə də bir qismi çıxıb yazacaqlar ki, bəs bu alimlər də sapıqdırlar. Əsil sapıq sizlərsiniz, bu gözəl dini insan həyatı üçün zillətə, qaranlığa çevirənlər, ağlını təriqət şeyxlərinə, məzhəb istismarçılarına, qondarma müctəhidlərə, qatil, terrorçu dinçilərə təslim edənlər, heç olmazsa fərqli-fərqli alimlərin görüşlərini oxuyub, dinləyib müqayisəli analiz edərək, yəni ağlınızı işlədərək modern dünyada hansı nöqtədə dayanmaq lazım gəldiyini az-çox anlayın!
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















