Yazarlar
Azərbaycanlı yazıçı hicablıları təhqir etdi - Video
Atası azərbaycanlı olan türkiyəli yazıçı Pınar Kür hicablılarla bağlı qalmaqallı açıqlamalar verib.
68 yaşlı yazıçı Pınar Kür qonağı olduğu "CNN Türk" televiziyasında hicablı qadınlarla əlaqədar kəskin fikirlər səsləndirib. Belə ki, yazıçı prezidentin oktyabrın 9-u etdiyi dəvətlərdən birinə hicablı həyat yoldaşına görə getmədiyini səsləndirib. Pınar Kür canlı proqramda ölkə prezidenti və baş nazirinin həyat yoldaşının hicablı olmasına yaxşı baxmadığını, hətta geridəqalmışlıq kimi qəbul etdiyini vurğulayıb.
Onun bu fikirləri sosial şəbəkə izləyiciləri tərəfindən böyük etiraz doğurub. Ənvər Aysevərin təqdim etdiyi "Zidd Suallar" proqramında etdiyi bu kəskin çıxışla kifayətlənməyən Pınar Kür daha da təsirli sözlər işlətməyə çalışıb. "Mən başını, orasını-burasını örtən qadınlarla "Playboy" jurnalına tamamilə çılpaq poza verən qadınlar arasında düşüncə olaraq fərq görmürəm. İkisi də özünü obyekt kimi təqdim edir, subyekt olaraq təqdim etmir. Biri deyir ki, mən gəncəm, gözələm, belə qıçım var, belə sinəm var göstərəcəyəm, kişiləri belə tovlayacağam. Başını örtən isə adamları yoldan çıxarmamaq üçün hicab bağlayır. İnancda belə bir şey yoxdur. Dindar bir ailədə böyümüşəm. Xalam, nənəm namaz qılan insanlardır", - deyə Kür çıxışı zamanı səsləndirib.
Qeyd edək ki, Pınar Kür 1945-ci ildə Bursada doğulub. Anası türk dili və ədəbiyyatı müəlliməsi, azərbaycanlı olan atası Bəhram Kür isə fransızca və riyaziyyat müəllimi olub (ANS).
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

























.jpg)













