Yazarlar
Vaqif Bəhmənlinin və Rəşad Məcidin yeni kitablarının imza günü keçirilib
Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi “Təhsil” Nəşriyyat
Evinin kitab mağazasında şair Vaqif Bəhmənlinin “Hamı” və “İşartı”
kitablarının, şair-publisist Rəşad Məcidin isə “Dəlicəsinə”
kitabının İmza günü təşkil edib. Tanınmış yazarların, ziyalıların,
oxucuların iştirak etdikləri mərasimdə qonaqlar müəlliflərin
kitablarını avtoqrafla alıb, onlara həmsöhbət olmaq imkanı
qazanıblar.
Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz
Axundov tədbiri açaraq kitabların insan həyatındakı rolundan bəhs
edib. Azərbaycan ədəbiyyatında xüsusi yeri və rolu olan hər iki
müəllifə uğurlar arzulayıb, kitabı əlahiddə qüvvə adlandırıraq bu
qəbildən olan tədbirlərin əhəmiyyətini vurgulayıb: “Kitabin əvvəlki
hörmətini özünə qaytarmaq lazımdı. Həyatımızın, mənəviyyatımızın
durulmasında, inkişafında kitabın rolu əvəzsizdir. Mən bu İmza
gününü bayram sayıram, kitabsevərləri bu gün münasibəti ilə təbrik
edirəm”.
V. Bəhmənli bu qəbildən olan tədbirlərin oxucularla müəllif
arasında əlaqə baxımından əhəmiyyətini önə çəkib. Yaradıcılığının
bu səviyyəyə gəlib çatmasında əməyi olan insanlara minnətdarlığını
bildirən müəllif bu yöndə Sabir Rüstəmxanlının adını xüsusilə qeyd
edib. V.Bəhmənli yazarların bir-birlərinə dəstəyinin əhəmiyyətindən
söz açaraq, dostluq xatirələrini bölüşüb. Tədbirdə iştirak edən
yazarları özünə doğma insanlar saydığını dilə gətirən V.Bəhmənli
həmkarı və dostu Rəşad Məcidin yeni işıq üzü görən “Dəlicəsinə”
kitabı haqqında da təəssüratlarını bölüşüb.
Rəşad Məcid qonaqları salamlayaraq İmza günlərinin əsas
mahiyyətinin oxuculara kitab almaq vərdişi aşılamaq oldugunu deyib:
“Son vaxtlar yazarlar öz kitablarını oxuculara təqdim etməklə bu
missiyanın öhdəsindən gəlməyə çalışırlar. Kitabı hədiyyə etmək
bəzən onu dəyərdən salır. Pul verib alınan kitab da, o imza da
oxucuya əziz olur”. R. Məcid kitabın təbliği işində, başda Bəhruz
Axundov olmaqla, Naşirlər Birliyinin, “Təhsil” və digər nəşriyyat
evlərinin əvəzsiz rolunu qeyd edib.
Xalq şairi Sabir Rüstəmxanlı müstəqillik dövründə çox sayda
bədii kitabların nəşr edildiyini, keyfiyyəti ilə xarici kitablardan
fərqlənmədiyini məmnunluqla vurğulayıb. Vaqif Bəhmənlinin
yaradıcılığından söz açan S.Rüstəmxanlı onu “sözün ruhunu qoruyub
saxlayan şair” kimi səciyyələndirib. S.Rüstəmxanlı Rəşad Məcidin
yaradıçılığında obyektivliyi, səmimiyyəti qoruyub saxladığını
bildirib: “Vaqif Bəhmənli ədəbiyyatda böyük hadisəyə çevrilib,
Rəşad Məcid isə ədəbiyyatımızın həm qurucusu, həm təbliğatcısıdır”.
S.Rüstəmxanlı belə kitabların üzə çıxarılmasında və təqdimatında
“Təhsil” nəşriyyatının mühüm rolunu diqqətə çatdırıb.
İmza günündə çıxış edən Azərbaycan Dövlət Nəşriyyatının
direktoru Azər Mustafazadə, yazıçı, millət vəkili Hüseynbala
Mirələmov həm mətbuatımızda, həm də ədəbiyyatımızda “525-ci
qəzet”in önəmli rol oynamasından bəhs ediblər.
Sonda müəlliflər oxucular üçün kitablarını imzalayıblar. /525.az/
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
































.jpg)

