Yazarlar
Mən sənin uğrunda öldüm... - İbrahim Quliyev
Mən sənin uğrunda öldüm...
Ölür kəpənəklər çiçək uğrunda,
Arılar əl boyda pətək uğrunda...
Mənsə sənin uğrunda öldüm
Düz 35 il öncə.
Köhnə kənd məktəbinin
Göy rəngli darvazasının yanında.
Tavanı hələ dağılmamış
kilsə vardı orda.
Sən məni dəfn elədin
yaz yağışının altında.
... Yadındamı, böcəklər qaçışırdı
başını gizlətməyə.
uşaqlar tələsirdi
dünyanı düzəltməyə.
...Mənsə sənin uğrunda ölürdüm.
Bir solğun şəkil,
bir də köhnə romanların arasında bir gül yarpağı vardı...
O yarpaqdan hələ də ölüm qoxusu gəlir.
... Mən sənin uğrunda öldüm
Düz 35 il öncə.
Sənin gömgöy gözlərin vardı...
İndi gömgöy nağıllar danışırsan
ağsaçlı rəfiqənə.
Mənsə düz 35 ildir o ölünü gəzdirirəm arxamca.
O ölü məndən daha xöşbəxt idi
Çünki onun uğrunda ölməyə sən vardın...
Qız, sənin gözlərin...
Köçdü sən sevdiyin bəyaz buludlar,
Sən görən üfüqdə köz dərin-dərin.
Ömrün hər yerində sənin izin var,-
Burda ayrılığın, orda gözlərin.
Yol çəkir o gözlər günlərin üstən,
Göz çəkən yolların körpüsü olmur.
"Nə tez darıxmısan, nə tez" deyirsən,-
...Həsrətin təzəsi, köhnəsi olmur.
Apar cəhənnəmə, gəl apar məni,
Ya yanım, ya da ki, daş olub gedim.
Ruhumuz tanrıya qovuşan kimi
Mən də gözlərinə qoşulum gedim.
Apar bəbəyində, apar şəklimi,-
Ölsəm yarı yolda, basdır dərində.
...Qız, sənin gözlərin tabut imiş ki,
Tabut qapağıymış kirpiklərin də...
Ovcumun içində ölür əllərin...
Ovcumun içində əlin islanır,
Susursan...
bu günün sükutu sənsən.
Burda bulud hanı, göy üzü hanı?
Bu yağan yağışın buludu sənsən.
Bu yağan yağışa rəng verir elə...
Gözdən yaş yerinə qara su gəlir.
Sən hansı ocaqda yanmısan belə?
Əlindən xatirə qoxusu gəlir.
Bir söz de, sən məni günahkar çıxar,
(Yalan həqiqətin astar üzüdür).
Bu yazıq əlinin nə günahı var,
Əlin ki, bir körpə qu ölüsüdür.
Bu tabut ovcumda ölür əllərin,
Rəngi də çəkilib, soyuq qardı ki....
Qaldır kirpiyini gözünə bənd çək,
Bu yazıq meyidi sel apardı ki.
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ






















.jpg)













.jpg)

