Yazarlar
Asif Atanın əsərlərinin təqdimatı keçirilib
Mərhum filosof Asif Atanın fəlsəfi baxışlarını əhatə edən 10 cildliyin 5 cildi artıq çapdan çıxıb. Aprelin 18-də Bakıda, Atatürk Mərkəzində həmin 5 cildin təqdimatı keçirilib.
Bu cildlər “Mütləqə İnam”, “Mütləqləşmək – Var olmaq”, “Görmək İnsaniliyi”, “Fəlsəfənin Təməli”, “Kutsal Quruculuq” adlanır.
Təqdimat mərasimində Asif Ata tərəfdarlarını birləşdirən Mütləqə İnam Ocağının nümayəndəsi İşıqlı Atalı deyib: “Asif Ata insanlıq üstə yeni yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanımızı yaratdı, Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi. Ata bəşər tarixini qaralama sayırdı. Onun tarixdə idealı olmadı, özü və ardıcılları üçün ideal oldu”.
Asif Atanın 40 illik silahdaşı, Mütləqə İnam Ocağının ruhani başçısı Safruh bildirib: “Atanın adı ilə Azərbaycanda insanlaşmağa əsaslanan bənzərsiz ruhaniyyət hərəkatı yaranıb. Bu hərəkat onun Mütləqə İnam təliminə söykənir, adıçəkilən təlimin müddəalarını xalqımıza çatdırır. Həmin ideyalar Asif Atanın bu gün təqdim etdiyimiz kitablarında əksini tapıb”.
Tədbirdə filosof Yolruh Atalı, professor Rüstəm Kamal, ədəbiyyatşünas Məti Osmanoğlu, kinoşünas Aydın Dadaşov, şairlər Əlisəmid Kür, Mübariz Məsimoğlu, Zaməddin Ziyadoğlu, Fəridə Hacıyeva, Asif Atanın ilk silahdaşlarından olmuş Elxan Hüseynov (Əsil), rəssam Vaqif Ucatay, Əlisəfa Mehdiyev çıxış ediblər.
Asif Atanın “On Kutsal Bitiq” adlanan 10 cildliyində onun 43 əsəri toplanıb.
Asif Ata (Əfəndiyev) 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. 1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb. 1978-ci ilin noyabrından klub Ocağa çevrilib, onun sədri Asif Əfəndiyev ardıcılları tərəfindən Asif Ata adlanıdırılıb. Ocaq tarixi 1979-cu il mart ayının 1-dən hesablanır. 1982-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı basqılara uğrayıb və qapadılıb. Ocaq bir neçə il gizli fəaliyyət göstərib.
Asif Ata 1997-ci ildə dünyasını dəyişib.
mediaforum.az
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək

































.jpg)

