Yazarlar
"Ülgüc dəyməyən üzünü, torpağa qoyan oğullar" - İlham Qəhrəman - 55
Aprelin 24-ü tanınmış şair İlham Qəhrəmanın 55 yaşı tamam olur.
İlham Qəhrəman 1959-cu ildə Laçın rayonunun Sus kəndində doğulub. İxtisasca mühasibdir. Ədəbiyyata 1980-ci illərdə gəlib. Bakıda “Gülüm yarpıza döndü” (1999), “Ağlama, qu quşu” (2002), “Ey dil” (2006), “Sevgi durna çırağıdır” (2014), Tehranda “Әsir dağlar” (2009) şeir kitabları işıq üzü görüb.
Bundan başqa, şifahi xalq ədəbiyyatı nümunələrindən ibarət “Laçın folkloru” (2009), “Gül dəftəri” (2011), “Laçın lətifələri” adlı kitabların tərtibçisidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Evlidir, üç övladı var.
Publika.az şairin şəhidlərimizə yazdığı şeiri təqdim edir:
ŞƏHİDLƏR XİYABANINDA
Harda adları tutulsa;
Ruhları əyan oğullar.
Başdaşları keşikçitək,
Vətənə həyan oğullar.
Qəbirlər sətir düzümü,
Duaya əydim dizimi.
Ülgüc dəyməyən üzünü
Torpağa qoyan oğullar.
Qeyrətin şəkli mərmərmi,
Üstündə gülləri tərmi?!
Top yerinə güllə, mərmi,
Topnan oynayan oğullar.
Bir yol gedir bu arayla,
Yol qırağı gül sırayla.
Qəbirdən dərin yarayla,
Səssiz uyuyan oğullar.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi


























.jpg)














