Yazarlar
"İsanın qadını" üzə çıxdı
Gənc yazıçı Səxavət Sahilin “İsanın qadını” adlı yeni romanı işıq üzü görüb. Kitab “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından çap olunub.
“İsanın qadını” romanı müəllifin sayca ikinci kitabıdır. Bundan öncə Səxavət Sahilin "Hər zaman və heç vaxt" adlı şeirlər kitabı çap olunub.
“İsanın qadını” romanının qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi olur.
Geciksə də “Təzə avtovağzal” ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, məsihlik qismətinin bir addımlığında durur. Həpsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə, əzablara məruz qalır. Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir. Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan sujetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb. “İsanın qadını” ilə antik yunan və dini-mistik mətnləri arasında paralellər aparanda romanın “ikinci nəfəsi” açılır, qaranlıq mətləblər aydın olur.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

























.jpg)















