Yazarlar
Arxa cəbhəyə məktub yazan şair
Zahir Əzəmətin doğum gününə
Onu ilk dəfə Sabir adına kitabxananın oxu zalında keçirilən “Pərvanə” Ədəbi Məclisində görmüşəm. Ondan əvvəl isə mətbuatda yazılarını, şeirlərini oxumuşdum. “Ekspress”, “Yeni Azərbaycan”, “Ədalət” qəzetlərində ədəbiyyat səhifəsi hazırlayır, ədəbiyyata fərqli düşüncə tərzi gətirən gəncləri çap edirdi. Bu gün üzdə olan imzaların böyük əksəriyyətinin inkişafında, tanınmasında bu insanın böyük əməyi olub. “Nəfəs” Ədəbi Birliyi, Oxu Yazarlar Evi da onun təşəbbüsü ilə yaranmışdı.
Zahir sonra bu işləri “Kino+”, “Sənət” qəzetlərində davam etdirdi. “Sənət qəzeti”nin əlavəsi olan “Kitab.net”, “Roman-qəzet” də onun ideyası idi. Və ən nəhayət, Azərbaycan mətbuatında həmişə xatırlanacaq “Alma” qəzetində eyni missiyanı bu dəfə daha böyük inamla davam etdirdi. Bu qəzet azad düşüncəli gəncliyin tribunasına çevrildi, yeni gənc nəsil bu qəzetdə yetişdi. Bu, asan bir iş deyildi. Bu işin arxasında Zahir Əzəmətin inadı, iradəsi, zəhməti dayanırdı.
Sonra ölkənin ilk ədəbiyyat saytı olan Kult.az saytını yaratdı, daha sonra qaynar.info və sair və sair. O, daim yeni ideyalar axtarışındadır, öz nəsildaşlarına da, bizdən sonra gələn yeni nəslin nümayəndələrinə də həmişə dəstək olan, faydalı məsləhətlərini əsirgəməyən fədakar bir dostdur. Zahir bütün bunları təmənnasız edib. İndi də “Zero” nəşriyyatını yaradıb və “Cib kitabı” seriyasından kitablar nəşr etdirir. Hələ bu, sadaladıqlarımın hamısı deyil. Gənc yaşda hər kəs bu qədər iş görə bilmir. Bizim bir çoxlarımızın başı yeyib-içməyə, dünya işlərinə qarışanda Zahir gecəsini gündüzünə qatıb qəzet buraxıb, sayt yaradıb.
Bu gün Zahir Əzəmətin doğum günüdür. Zahir mənim ədəbi taleyimdə mühüm rol oynamış insanlardan biridir. Bunu minnətdarlıq hissilə bir daha vurğulayıram. Bizim çətin günlərimiz çox oldu, amma Zahirin həmişə sakit, təmkinli baxışları bizə qəribə bir arxayınlıq hissi aşılayırdı. İnanırdıq ki, bir gün mütləq hər şey yaxşı olacaq. Və o gün gəldi!
İki daş arasında (xəbər burulğanında) yazdığım bu yazıda onun haqqında fikirlərimi tam dolğunluğu ilə ifadə edə bilmədim, amma nə vaxtsa asudə bir zamanda əziz dostum haqqında geniş bir yazı yazmağı düşünürəm. Bu günlərdə nəhayət, “Divar yazıları”ndan sonra ikinci kitabı – “Balaca adam” işıq üzü gördü.
Nə yaxşı ömrümüzdə o günlər olub, Zahir! Ad günün və yeni kitabın mübarək!
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək

































.jpg)

