Yazarlar
Səxavət Sahilin "İsanın qadını" romanının təqdimatı olacaq
Səxavət Sahilin yeni çapdan çıxan kitabının təqdimatı
olacaq.
"İsanın qadını" romanının təqdimatı mayın 3-ü saat 16:00-da Park
Bulvardakı "Əli və Nino" kitab mağazasında
keçiriləcək.
Təqdimata ədəbiyyatsevərlər və oxucular dəvətlidir!
Qeyd edək ki, "İsanın qadını" romanının qəhrəmanı əyalətdən şəhərə
xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir.
İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib
gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih
adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi
olur.
Geciksə də "Təzə avtovağzal" ərazisindəki kəsilən şam ağaclarının
şahidi olur, məsihlik qismətinin bir addımlığında durur.
Həpsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə,
əzablara məruz qalır. Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji
durumuna təsir etsə də, inamını itirmir.
Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan sujetlər
əlavə etməklə obrazın xarakterini açmağa çalışıb. "İsanın qadını"
ilə antik yunan və dini-mistik mətnləri arasında paralellər
aparanda romanın "ikinci nəfəsi" açılır, qaranlıq mətləblər aydın
olur.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi














.jpg)



.jpg)





.jpg)















