Yazarlar
"Anarın yaradıcılığını bəyənməmişəm"
Azad Yazarlar Ocağı yazıçı Vaqif Nəsibin romanlarını çap etmək üçün kampaniyaya başlayıb. Təşkilat bu məqsədlə müraciət hazırlayıb. 75 yaşlı şairin sovet dövründə 10 kitabı (şeir, hekayə və romanlar) nəşr olunub. Son dərəcə ehtiyac içində yaşayan Vaqif Nəsibin hal-hazırda çap olunası 4 romanı var. Məsələ ilə bağlı Vaqif Nəsibin münasibətini öyrəndik:
-Vaqif müəllim, kitablarınız niyə indiyə qədər nəşr olunmayıb?
-İndi bilirsiniz kitablar necə nəşr olunur. Mənim də imkanım olmadığı üçün yazdığım əsərləri çap etdirə bilmirəm. 2009-cu ildə Elçin İsgəndərzadə mənim şeir kitabımı nəşr etdirmişdi. Ondan başqa hər hansı bir kitabım nəşr olunmayıb. Adam tapılmır ki, kitablarımı nəşr etdirsin. Açığı, Rasim Qaracanın bu müraciətindən xəbərsizəm.
Sovet dövründə vəziyyət başqa idi. Kitablar nəşr olunurdu. İndi kitabın nəşri üçün pul lazımdı. Kimin pulu varsa, tonlarla kitablarını nəşr etdirir. Kimin imkanı yoxdusa, qalır kənarda.
-Vaqif müəllim, Yazıçılar Birliyi ilə münasibətlərinizin yaxşı olmamasının səbəbi nədir?
-Anarla mən 7-8 il “Qobustan” jurnalında birlikdə işləmişik. Elə o vaxt da mən onun yaradıcılığını bəyənməmişəm. 4 ildən bir qurultay çağrılmalıdı, seçkilər keçirilməlidir. Sonuncu qurultaydın vaxtından 10 il keçir. Hələ də qurultay keçirilməyib. Anar vəzifəsindən on barmağı ilə yapışıb. Ətrafına da ona tərif deyənləri yığıb, orda bataqlıq əmələ gətiriblər.
Mehman Həsən
-
Nəqliyyat22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin222:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar






































