Vidadinin oğul, Vaqifin qız nəvəsi
Bizi izləyin

Yazarlar

Vidadinin oğul, Vaqifin qız nəvəsi

Vidadinin oğul, Vaqifin qız nəvəsi

Məhəmməd peyğəmbərin(S.A.S) müqəddəs"Quranı"kimi onun Azərbaycan, eləcə də bütün müsəlman ölkələrində qoruyucuları davamçıları, əsil din nümayəndələri, dinimizi qoruyub bu günə çatdıranların həyatı, şəxsiyyəti öyrənməli bu günki gəncliyimizə, insanlara çatdırmalı, dünyasını dəyişmiş məşhur din xadimlərinin məzarları axtarılıb tapılmalı,dağılmışları bərpa edilməli, qorunub saxlanmalı, gələcək nəsillərə ötürülməlidir.

Vətəni sevmək imandandır. "Alimlərə hörmət edən, elə bil mənə hörmət edib" deyib peyğəmbərimiz.

Mən məşhur din xadimləri Zaqafqaziya müsəlmanlarının Tiflisdə əyləşən müftiləri Osman Əfəndi, Məhəmməd əfəndi və Müftizadə Qazi Səadəddin Əfəndi Müfti Osman oğlu haqqında qısaca məlumat verməklə bərabər , onların harada dəfn edilmələri və onların bu gün çoxlarına məlum olmayan məzarları,qəbir daşları ,baxımsız halda qalan hərəmlərini sizlərə göstərmək istəyirəm. Əziz oxucu, əvvəl başdan deyim ki, Zaqafqaziya sünnü məzhəbinin müftisi olmuş Molla Vəli Vidadinin oğul və M. P. Vaqifin qız nəvəsi Qazi Səadəddinin məzarlarına biganəliyi heç cürə qəbul etmək olmur. Bu halları tarix bizə bağışlamaz. Quranımıza, peyğəmbərimizə ehtiram göstərdiyimiz kimi, onun qoruyucularına da hörmət etməliyik. Mən bu gün adlarını çəkdiyim şəxsiyyətlərin nə özlərinə, nə məzarlarına heç bir ehtiramı, qayğını görmürəm. Keçmişini unudanın özü də unudulacaq!

Mən adlarını çəkdiyim hər üç dini rəhbər haqqında qısaca məlumat verirəm və onların məzarlarını və baş daşlarını Sizlərlərə təqdim edirəm.

Müfti Osman Əfəndi Molla Vəli Vidadi oğlu Qazax qəzasının Birinci Şıxlı kəndi (1850ci ildə ölüb) anadan olub. XVIII əsr böyük Şair Molla Vəli Vidadinin oğludur. İlk təhsilini atasından almışdı. Ənənəvi şərq elmlərinə və rus dilinə dərindən yiyələnən osman əfəndi gənclik illərindən Qazax, Borçalı, Tiflis muhitindən mötəbər alim və müdərris kimi tanınmışdır.

Qafqazda Öməriyyə (sünni) məzhəbi üzrə ali ruhani -Müfti olmuşdu .1847-ci ilin dekabrında Tiflisdə ilk şiə Mədrəsəsi açıldıqdan sonra Müfti Osman Əfəndi canişin Vorontsovun qarşısında oxşar əsasnamə ilə sünni Mədrəsəsinin də açılması məsələsini qaldırmışdır. Məhz onun təklifi ilə 1848-ci ildə sünni Mədrəsəsinin nizamnaməsi təsdiq edilmişdir. 1849-cu ildə məktəbin təntənəli açlışı olmuşdur. Osman Əfəndi həmin məktəbin fəxri hamisi idi. Bu məktəbdə dinlə bərabər dünyəviliyə daha çox üstünlük verilirdi. Tələbələr təhsil haqqından azad idi, başqa yerlərdən gələnlər isə mədrəsənin nəzdindəki pansionda qalırdılar, məktəb özü isə məscidin vəsaiti ilə hesabına saxlanılırdı. Qafqazın Avropa ruhlu ilk türk ziyalıları dəstəsinin yetişməsində Osman Əfəndinin böyük rolu olmuşdu.

Müftizadə Qazi Səadəddin Əfəndi Müfti Osman Əfəndi (1837 Qazax qəzasının birinci Şıxlı -1916 .II Şıxlı)

Mötəbər din xadimlərindən biri olan Səadəddin Əfəndi M.V. Vidadinin oğul, M.Pənah Vaqifin qız nəvəsidir.Atası Osman Əfəndi Qafqazın müftisi olmuşdu.Dini təhsilini Şamaxı mədrəsəsində almışdır. 1868-ci ildə Şuşa qəzasına sünni qazisi vəzifəsinə təyin edilmişdi. 1878-ci ildə Qazax qəzasının qazisi vəzifəsinə keçirilmiş,yerli əhalini çəyirtkə ilə mübarizəyə səfərbər edə bildiyinə görə 1882 ci ildə Müqəddəs Anna gümüş medalı ilə təltif edilmişdir.1888-ci ildə vəzifəsindən uzaqlaşdırılmış, 6 ildən sonra 1894 -cü ildə Yelizavetpol Qubernatorlarının təkidlərindən sonra təkrarən bu vəzifəyə təyin edilmiş və ömrünün sonuna kimi Qazax qazisi olmuşdur.Səadəddin Əfəndi mahalın varlı adamlarından sayılmış ,I Şıxlı və Kəmərli kəndlərində mülkləri, torpaq sahələri, sürüləri olmuşdu.

(Molla Vəli Vidadinin abidəsindən solda birinci daş oğlu Məhəmmədin qəbridi. O, 1863-cü ildə vəfat edib.. Sağdakı 1-ci daş Qızı Cəvahirin məzarıdı, o da 1808 ci ildə fəvat edib. 2-ci daş Vidadinin həyat yoldaşı Tükəzban xanımın məzarıdır ki, bu xanım da 1802 ci ildə vəfat edib.)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm