Yazarlar
1937.az “Ən zövqlü oxucu”nu hamıya tanıtdı – FOTOLAR
Ən zövqlü oxucunu tanımaq istərdinizmi? Elə isə qulağınız bizdə olsun. Artıq həmin oxucunun kimliyi bəllidir. Bəli, fəaliyyətə başladığı qısa vaxt kəsiyində portallar arasında kreativliyi ilə seçilən 1937.az mədəniyyət portalının elan etdyi “Ən zövqlü oxucu” müsabiqəsinə yekun vuruldu. Publika.az-ın məlumatına görə, bu gün qaliblər mükafatlandırıldı.
I yerin sahibi Məmmədov Eyyub (300 manat), II yerin sahibi Elvin Bəşirli (200 manat), III yerin sahibi isə Orxan Məmmədli (100 manat) oldu. Qaliblərə diplomları və pul mükafatlarını təqdim edən Telqraf MMC-nin rəhbəri Aynur Camalqızı ürək sözlərini də ifadə etdi: “Arzu edirəm ki, 1937.az portalının daimi oxucusu olasınız”.
Qalibləri təbrik edən 1937.az portalının baş redaktoru Salam Sarvan ilk növbədə Telqraf MMC-nin rəhbəri Aynur Camalqızına minnətdarlıq etdi: “Aynur xanıma təşəkkür etmək istəyirəm. Mən ilk dəfə bu müsabiqə barədə Aynur xanıma danışanda, bu layihəni qəbul etdi və sona qədər bizi dəstəklədi. Müsabiqə qalibləri üçün pül mükafatları da müəyyənləşdirdi”.
“Biz Azərbaycanın ən zövqlü oxucusunu seçməmişik, bizə daxil olan mətnlər içərisindən ən yaxşılarını seçərək ən zövqlü oxuçunu müəyyənləşdirməyə çalışmışıq”-,deyən Salam Sarvan qaliblərə uğurlar arzuladı. Qaliblər də öz növbəsində belə bir layihə ilə gəncləri ruhlandırdığına görə Telqraf MMC-nin rəhbəri Aynur Camalqızına minnətdarlıq etdilər.
Qeyd edək ki, müsabiqə bir özəlliyi ilə fərqləndi. Belə ki, bu günə qədər keçirilmiş müsabiqələrdən fərqli olaraq, bu müsabiqə oxucular arasında keçirilib. Müsabiqənin keçirilməsində də məram-məqsəd ədəbiyyata, kitaba olan marağı artırmaq, ədəbi zövqün formalaşmasına yardımçı olmaq idi.
Hər kəs oxuduğu nəsr əsərlərindən bir sitat (minimum 2 cümlədən ibarət ), şeirlərdən isə bir parça (maksimum 4 sətirdən ibarət) göndərməklə müsabiqəyə qoşulmaq fürsəti qazanmışdı.
İlk mərhələdə redaksiyaya göndərilən nümunələr əsasında 50 ən zövqlü oxucu müəyyənləşdirildi, təqdim edilən nümunələri dərc etdi, sonrakı mərhələlərdə “20-lik”, “10-luq” və nəhayət, ilk üç yerin sahibi seçildi.
Cəvahir Səlimqızı
Fotolar: Xəyal
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə

























.jpg)














