Yazarlar
Qəfil qapı döyülə...
Qəfil qapı döyülə, acıb görəm ki, sənsən,
əlində gül dəstəsi, köynəyinin təzəsi...
itirərəm özümü, cökərəm dizi üstə.
Əyilib qaldırarsan məni cökdüyüm yerdən.
Səninlə bu görüşü
xəyal edirəm hərdən...
Səni görsəm neylərəm, sarılaram boynuna
möhkəm qucaqlayaram, hönkürüb ağlayaram.
Qoxlayaram saçının telini bircə-bircə.
Kövrələrsən, əzizim, inan, ürəyin yanar,
Onda görərsən sənə
necə həsrətəm, necə!
Gözlərimdən yaşları əllərinlə silərsən.
Bu yerlərdə mən sənsiz nə çəkirəm,
bilərsən!
Söykəyərsən üzünü gözlərimdən süzülən,
yaş bürümüş üzümə.
Çətin gələm özümə!
Xəyallar yorur məni,
nolar, gəl, görüm səni...
Baş qoyduğum yastığı sinən bilib yatıram.
aldadıb ürəyimi, öz başımı qatıram!
Onsuz da cəkilmirsən gözlərimin önündən.
Axşam tez yatıram ki, hec olmasa, yuxuda
səni görüm yenidən.
Sənin özündən başqa
nə istəyim ki səndən?
Qəfil qapı döyülə, açıb görəm ki, sənsən...
Gunel Treu
-
Elm və təhsil21:12Füzulidəki məktəbin direktoru Prezidenlərin qarşısında çıxış etdi - VİDEO
-
Rəsmi xronika21:00İlham Əliyev "Yeni Daşkənd" layihəsi ilə tanış oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika20:12Özbəkistanlı tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
-
Sosial20:00100 illik ziyarətgahı qanunsuz qazdılar: Sümüklər çıxdı - FOTO
-
Nida Xəbər 19:55Prezidentin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO
-
Magazin219:00"Klon"un 74 yaşlı ulduzu gəncliyin əsas sirrini açdı - FOTO
-
MDB18:48Tokayev vitse-prezidentin adını bu tarixdə açıqlayacaq
-
Nida Xəbər 18:36Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTO





















.webp)


.jpg)












