Yazarlar
JEM Azərbaycanın yazarlarını dünyaya təqdim etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin (JEM) “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı 4 aylıq layihə çərçivəsində hazırladığı ingilis dilində kitab nəşr olunub.
Publika.az xəbər verir ki, bu gün kitabın təqdimat mərasimi keçirilib. Azərbaycanın tanınmış 18 yazarının hekayəsi toplanan kitabın tərcüməçiləri - Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günya Rəhimova olub. Mətinləri amerikalı mütəxəssis Phobe Lavri redaktə edib.
QHT əməkdaşları tərəfindən əcnəbi həmkarlarımıza pulsuz paylanacaq kitabda aşağdakı müəlliflərin hekayələri əksini tapıb:
1.Musa Quliyev ( Urud) - “Uruda iki səfər”
2. Əgdər Ol - “Kamança”
3. Rəşad Məcid - “10 sentyabr”
4. Səlim Babullaoğlu - “Yağışlı axşamların birində”.
5. Məqsəd Nur - “Ud”
6. Afaq Şıxlı - “Bir insan ömrünün son gecəsi”
7. Şahnaz Kamalova - “Savalan”
8. Kamran Nəzirli - “Ağ ev”
9. Xalid Kazımlı - ““Pəncşir aslanı”nın bənzəri”
10. Kənan Hacı - “Boz ilan”
11. Şərif Ağayar - “Anaxanım”
12. Natiq Məmmədli - “Xəlbr”.
13. İlqar Rəsul - “Xərçəng və qırmızı tramvay”
14. Azər Abdulla - “Bazarlıq”
15. Qan Turalı - “Gənc qadının və Şaxta babanın qətli”
16. Fəxri Uğurlu - “Leylinin məcnunluğu”
17. Vüsalə Məmmədova - “Rəngləyən”
18. Nicat Qafuroğlu - “O”
JEM bəyan edir ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdı. Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını görsünlər.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
















081218_2.jpg)








.jpg)















