Yazarlar
“Kitablar yandırılmasın” aksiyası keçiriləcək
Fevral ayının 2-də (Saat 12-19) Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında “Kitablar yandırılmasın” adlı aksiya keçiriləcək.
Aksiyanın məqsədi son zamanlar kitabları müxtəlif səbəblərdən evdə, anbarlarda yığılıb qalan müəlliflərin kitablarını ucuz qiymətə satmaqdır.
Bildiyiniz kimi, bir müddət öncə ölkədə bir nəşriyyat və bir müəllif kitabları satılmadığı üçün yandırmışdı. Ona görə də aksiyaçılar olaraq belə düşünürük:
“Əziz oxucular, tələbələr.
Son zamanlar ölkədə iki kitabyandırma aksiyası oldu.
Biz düşünürük ki, kitablar yandırılmamalı və pulsuz paylanılmamalıdır.
Onun üçün “Kitablar yandırılmasın” aksiyasını başladırıq.
Kitabları müxtəlif səbəblərdən evində yığılıb qalan müəlliflərə səslənirik:
Bu aksiyaya qoşulun və kitablarınızı maya dəyərinə satın!
Eyni zamanda evinizdə olan və daha sizə lazım olmayan, amma tələbələrə və digər kateqoriyadan olan oxuculara gərəkli olan bu kitabları gəlin ucuz qiymətə sataq.
Buna görə də, fevralın 2-si (bazar günü) saat 12-19 aralığında Vətəndaş Həmrəyliyi Partiyasının ofisində (X.Rüstəmov küç 1210 məh) “Kitablar yandırılmasın” aksiyası çərçivəsində kitab satışı təşkil olunacaq”.
Oxucular və media dəvətlidir.
Əlaqədar şəxslər:
Dilqəm Əhməd (050 567 92 16)
Röyalə Məmmədova (055 696 7939)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































